Elektromobil ucuzlaşacaq? .....                     Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir .....                     Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik .....                     Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı .....                     Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq .....                     Quru sərhədlər 2 gün sonra açılır? .....                     Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək .....                     Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq .....                     Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? .....                     Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski .....                     Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? .....                     Ağacan Əbiyev xəstəxanada: .....                     Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə .....                     Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib .....                     Ermənistan yenə sülhdən yayınır .....                     Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                     Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü .....                     Keçmiş direktorun cinayət əməllərinin detalları .....                 

Avropada “Putin kabusu” və müharibə təlaşı: - NATO isə nəsə etmək istəyir, amma nə?
Tarix: 8-12-2021, 09:16 | Çap et
Avropada “Putin kabusu” və müharibə təlaşı:
ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin Ukrayna ilə gərginliyi daha da artırmasının və dünya ictimaiyyətinin qorxduğu addımlar atmasının qarşısını almaq üçün bir sıra təşəbbüslər hazırlayır. Ağ Ev rəhbəri bu barədə dekabrın 3-də jurnalistlərin suallarını cavablandırarkən açıqlama verib.

Bayden deyib ki, ABŞ dövlət katibi Entoni Blinken və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsi fonunda artan gərginliklə əlaqədar avropalı və ukraynalı tərəfdaşlarla sıx əlaqə saxlayırlar: “Rusiya Prezidenti Vladimir Putinin öz hərəkətlərində daha da irəli getməsinin qarşısını almaq üçün ən əhatəli və məqsədəuyğun olacağına inandığım bir sıra addımlar hazırlayıram”.

“Washington Post” qəzeti Amerika kəşfiyyatının sızdırılmış sənədinə istinadən yazır ki, Rusiya Ukraynaya qarşı 175 min əsgərin iştirak edəcəyi hücuma hazırlaşır. Sənədə əsasən, Rusiya ordusu 2022-ci ilin əvvəlində müxtəlif istiqamətlərdən Ukraynaya qarşı hücuma keçəcək.

Bundan başqa, sənəddə Rusiya kontingentinin yerləşdirilməsi ilə bağlı məlumatlar var. Qəzet yazır ki, Rusiya müasir artilleriya qurğuları ilə yanaşı, sərhəd yaxınlığında 50 taktiki birlik yerləşdirib.

Kiyev iddia edir ki, Rusiya sərhəd yaxınlığında 94 min hərbçi yerləşdirib, halbuki Amerika kəşfiyyatının məlumatına görə, hazırda batalyon-taktiki qruplaşmada Rusiya qüvvələrinin ümumi sayı təxminən 70 min nəfərdir. Və yaxın gələcəkdə hərbi kontingentin sayı 175 minə çatdırılacaq.

Sənəddə deyilir ki, Rusiya qarşı tərəfi Kremlin həqiqi məqsədləri barədə çaşdırmaq üçün Ukrayna ilə sərhəddə fasiləsiz yerdəyişmələr həyata keçirir. Sənəddə əsas diqqət Rusiyanın Ukrayna ilə sərhəddə hərbi təlimlər keçirmək bəhanəsi ilə hərbi gücünü artırmaqla bağlı əvvəlki təşəbbüslərinə yönəlib.

“Washington Post”un yazdığına görə, ABŞ kəşfiyyat rəsmiləri və analitikləri hesab edirlər ki, 2014-cü ildən fərqli olaraq bu dəfə Rusiya daha geniş işğala hazırlaşır. Onlar hesab edirlər ki, Rusiya Ukrayna qoşunlarını bir neçə cəbhədə döyüşməyə məcbur edəcək ki, bu da böyük əraziləri işğal etməkdənsə, Kiyevin tez təslim olmasına yönəlib. Hərbi analitiklərin fikrincə, Rusiya 2008-ci ildə Gürcüstana qarşı müharibə zamanı analoji strategiyadan istifadə edib.

Bundan əlavə, Amerika kəşfiyyatının məlumatına görə, paralel olaraq, Rusiya NATO və Ukraynaya qarşı təbliğat müharibəsini gücləndirib.

ABŞ Prezidenti Co Baydenin sözlərinə görə, Vaşinqtonda Rusiyanın Ukrayna ilə sərhəddəki hərəkətləri barədə çoxdan məlumat var və yaxın gələcəkdə bu məsələni Vladimir Putinlə planlaşdırılan sammitdə müzakirə etməyi düşünür. Öz növbəsində Vladimir Putin deyir ki, NATO infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması və Ukraynaya xarici silahların yerləşdirilməsi Rusiya üçün “qırmızı xətt”dir və onların ölkəsinin təhlükəsizliyinə təhlükə yaradır.

Bu gün hər kəsi narahat edən Ukrayna sərhədləri yaxınlığındakı hərəkətləri ilə Moskva həqiqətən nəyə nail olmağa çalışır? Doğrudanmı müharibəyə başlamaq istəyir?

Və Amerikanın Putinni bu addımı atmasına mane ola biləcək alətləri varmı? Güman ki, Bayden Rusiya rəhbərliyinə qarşı bir sıra daha sərt sanksiyaları nəzərdən keçirdiyinə işarə verir.

AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar.

Amerikalı tarixçi, publisist, bu yaxınlarda nəşr olunmuş “Qırmızı terrordan mafiya dövlətinə: Rusiya xüsusi xidmət orqanları dünya hökmranlığı uğrunda mübarizədə. 1917-2036” kitabının müəllifi. (Kiyev, Naş Format, 2021, Vladimir Popov ilə həmmüəllif) Yuri Felştinski:

“Putin bir anda bir neçə problemi həll edir, bəzilərini isə qeyd etmək lazımdır ki, özü üçün itirmək riski olmadan qazanmaq istəyir. Əvvəla, 2008-ci ildən, hətta 2014-cü ildən, Rusiya Krım yarımadasını Ukraynadan ələ keçirib, Donbasda müharibəyə başladıqdan sonra, Putin və Rusiyanı idarə edən xunta 1933-1939-cu illərdə Avropada Hitler tərəfindən yaradılmış vəziyyətə bənzər müharibəöncəsi situasiyada yaşayır. Putin hərbi baxımdan Hitlerin blitskrieg taktikasını təqlid etməyə çalışır, təbliğatda isə alman millətinin (Putinin timsalında xüsusi “rus geni” olan rus xalqının) başqa xalqlardan üstünlüyü mövzusunu Hitlerdən götürür, ərazi baxımından etnik almanların bir dövlət daxilində birləşməsinə (Putin misalında “rus dünyası”nın yaradılması və əhalinin rusdilli qruplarının bir dövlət daxilində birləşməsi) nail olmaq istəyir.

1930-cu illərdə Avropada Hitlerdən başqa heç kim qonşu Avropa dövləti ilə hərbi münaqişəyə başlamağa hazır deyildi. Müasir Avropada Putindən başqa heç kim qonşuları ilə müharibəyə başlamağa hazır deyil. 1930-cu illərdə Avropa Avstriya və Çexoslovakiyanı Hitlerə verməyə hazır idi, lakin işğalçı ilə hərbi qarşıdurmaya başlamağa cəsarət etmirdi. Bugünkü Avropa və ABŞ-ın Putinə Gürcüstanın, Krımın və Donbassın bir hissəsini verməyə hazır olduqları ortaya çıxdı (baxmayaraq ki, bu işğallar tanınmamış qalır). Qərb demokratiyaları Putinə daha nə verməyə hazırdır?

Putin bu sualın cavabını tapmağa çalışır. Ancaq hələlik o, bütün dünyanı şübhə altında saxlayır. O, Ukraynadakı hərbi münaqişənin sönməsinə imkan vermir. Ukraynada hərbi münaqişənin olması Putinə, ilk növbədə, Ukraynada siyasi və iqtisadi vəziyyəti maksimum dərəcədə pozmaq, ikincisi, beləliklə, Ukraynanın labüd (onun fikrincə) NATO-ya daxil olmasının qarşısını almaq üçün lazımdır. NATO ərazi münaqişəsi həll olunmamış ölkələri qəbul etmədiyinə görə Gürcüstan və Ukraynaya hərbi müdaxilələr ən azı qeyri-müəyyən müddətə bu iki dövlətin NATO-ya daxil olması məsələsini təxirə salır. Əslində, bu məsələnin formal tərəfini deyil, faktiki tərəfini nəzərə alsaq, Gürcüstan və Ukraynanın NATO-ya üzv olmayacağına artıq Putinin zəmanəti var. Və Ukrayna ilə sərhəddə rus qoşunlarının cəmləşməsinə NATO-nun genişlənməsinin qarşısını almaq üçün qabaqlayıcı hücumla haqq qazandırmaq həyasız riyakarlıq və bayağı şantajdır.

Putin həqiqətənmi müharibəyə başlamaq istəyir? Bu, ən vacib sual və ən böyük sirdir. Artıq qeyd etdiyim kimi, Rusiya xunta tərəfindən idarə olunur, yəni heç kim tərəfindən qanuni olaraq seçilməmiş (çünki bütün son seçkilər, o cümlədən prezident seçkiləri Rusiyada qanuni sayıla bilməz) qeyri-müəyyən müddətə hakimiyyətdə qalacaq dövlət təhlükəsizliyinin yüksək vəzifəli zabitlərindən ibarət bir qrup şəxs tərəfindən idarə olunur.

Krımın ələ keçirilməsindən sonra Putin təbliğat xarakterli sənədli filmdəki müsahibəsində deyib ki, Krımı işğal etmək qərarını 5 nəfər verib. Bu, Rusiyanın hökumət və parlamentlə məsləhətləşmədən (tamamilə Putinə tabe olan) gizli şəkildə ən mühüm dövlət qərarlarını qəbul edən xunta tərəfindən idarə olunduğunun daha bir göstəricisidir. Bu səbəbdən, təəssüf ki, biz Putin və onun tərəfdaşlarının Ukrayna ilə bağlı planlarını əvvəlcədən öyrənə bilməyəcəyik.

Təbii ki, Putin siyasi poker də oynayır və blef də bu oyunun tərkib hissəsidir. Amma bu kart oyununda hər şey blef deyil və Kremlin Ukrayna ilə bağlı nə qədər uzağa gedə biləcəyini demək obyektiv olaraq çətindir. Belə çıxa bilər ki, Putinin özü də bu sualın cavabını hələ bilmir.

2014-cü ildə Putin Krımın və Donbassın ələ keçirilməsində dayandı, rus qoşunları itkilər verməyə başladı və o zamanlar "Novorossiya" adlandırılması planlaşdırılan əraziləri ələ keçirmək üçün əməliyyat məkanına və blitskriegə nail olmaq fürsətini əldən verdi. Əfqanıstan nümunəsi və Boris Yeltsinin hakimiyyətdən getdiyi tarixi kimi bu ilin dekabrın 31-də başlaya biləcək 2022-ci il hərbi kampaniyası ən azı 2014-cü ilin yarımçıq qalmış planlarını həyata keçirməyə çalışacaq.

Bununla belə, Putinin Ukraynanın müstəqil dövlət kimi mövcud olmağa haqqının olmaması ilə bağlı dəfələrlə bəyanatlar verməsini və bu yaxınlarda Putini razı salmağa çalışan Vladislav Surkovun Rusiya Federasiyasının ərazisinin genişlənəcəyi ilə bağlı bəyanatını nəzərə alsaq, belə çıxa bilər ki, Ukrayna sərhədinin gücünü yoxlamaqla başlayan hərbi əməliyyatlar müqavimətin olmaması şəraitində əsl böyük müharibəyə çevriləcək. Bu, Ukrayna qoşunları müharibənin ilkin mərhələsində Rusiya qoşunlarının birinci eşelonunun hücumunun qarşısını ala bilməsə, baş verəcək.

Amerikanın Putini bu addımı atmaqdan çəkindirmək üçün alətləri varmı? Bu sualın qısa cavabı – xeyr! Ona görə yox ki, Amerika, NATO və Avropa İttifaqı güclü hərbi və iqtisadi gücü təmsil etmir, NATO 2014-cü ildən bəri Putin və Rusiya hökuməti ilə bağlı strateji hədəflərini dəyişməyib. NATO Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsini sadəcə olaraq “görmədi” və bu, Putinə növbəti aqressiv addımlar üçün kart-blanş verdi ki, bu da Rusiyanın Ukraynanı işğal etməsinə səbəb oldu. Ukraynanın işğalı “diqqət çəkdi”, lakin Rusiya rəhbərliyinə və Rusiyaya qarşı elan edilən sanksiyalar sırf taktiki xarakter daşıyır və Putin rejimi ilə bağlı NATO və Avropa İttifaqının strateji planlarında dəyişiklikdən xəbər vermirdi.

Putin bunu anladı, ilk olaraq 2016-cı il seçkilərində Trampın qələbəsi ilə başa çatan ABŞ-da prezident seçkilərinə Donald Trampın tərəfində müdaxilə edərək, NATO və Avropa İttifaqının dağılması ilə Ukrayna problemini həll etməyə çalışdı. Amma Trampın Ağ Evə gəlişi NATO-nun dağılmasına və Amerika tərəfindən Rusiyanın Ukraynanı işğal etmək hüququnun tanınmasına səbəb olmadığından, Putin 2014-cü ilin hərbi planlarına qayıtdı.

Təbii ki, 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamaq 2014-cü ildəkindən daha risklidir. 2014-cü ildə Ukraynanın nə hökuməti, nə ordusu, nə də müttəfiqləri var idi. Ukraynalıların özləri isə ən azı Rusiyadan hərbi əməliyyatların başlayacağını gözləmirdilər. Bu gün Putin Rusiyası ilə 7 illik müharibədə artıq 14 min insan itirmiş dövlətlə qarşı-qarşıyadır. Bütün bu illər ərzində Qərbdən hərbi və maliyyə yardımı aldı, Avropa İttifaqı və ABŞ ilə müttəfiqlik münasibətlərini bərpa etdi.

Ukrayna ordusunun bu gün kifayət qədər güclü olub-olmadığını və Ukraynanın Qərb müttəfiqlərinə bəslədiyi ümidlərin doğru olub-olmadığını tezliklə görəcəyik. Lakin Moskvanı geri çəkilməyə yalnız o qədər ciddi sanksiyalar vadar edə bilər ki, onlar uğursuzluğa düçar olsunlar, NATO-nun Ukraynanın müstəqilliyinin müdafiəsi kampaniyasında hərbi iştirakla davam etdirməsini təmin etsin. Putinin Ukraynaya qarşı müharibəyə başlamağa hazır olub-olmaması sualı eyni dərəcədə vacib olan başqa bir suala dayanır: NATO Ukraynanı müdafiə etməyə hazırdırmı və əgər belədirsə, tam olaraq necə?”.

Azərbaycanlı politoloq, keçmiş diplomat, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov:

“Vəziyyət ağırdır, gərgindir, amma kritik deyil. Tərəflərin hər birinin öz arqumentləri var və son həqiqət olduğuna iddia edirlər. Qarşılıqlı tənqidlər axını çətin ki, konkret nəticəyə gətirib çıxarsın. Rusiya NATO-nu sərhədlərinə yaxınlaşmaqda ittiham edir, NATO, təbii ki, Ukraynanı və onun ərazi bütövlüyünü müdafiə etməyə hazırdır, çünki bu, görünür, Rusiya Federasiyasının keçə biləcəyi və Brüsselin fikrincə, qəbuledilməz olduğu qırmızı xəttdir.

Bütün bunların Rusiya ilə NATO qoşunları arasında genişmiqyaslı toqquşma ilə nəticələnə biləcəyinə inanmaqda çətinlik çəkirəm. Qoşunların cəmləşməsi, təbii ki, həm bir tərəfdən, həm də digər tərəfdən ciddi narahatlıq doğurur, lakin dekabrın 7-si axşam Putin ilə Bayden arasında video formatda görüş keçirilməsi perspektivi var. Hesab edirəm ki, Ukrayna ilə bağlı vəziyyətin müzakirəsi prosesində məhz bu suallar əsas müzakirə predmetinə çevriləcək. Və hətta tam və yekun kompromis əldə olunmasa belə, tərəflər bu regionda Rusiya ilə NATO arasında gərginliyin aradan qaldırılması ilə bağlı hansısa şifahi razılığa gələ bilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08
Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05
Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57
Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54
Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49
Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44
Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43
Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41
Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38
Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32
Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30
Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28
Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25
Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22
Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru