Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda .....                     Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib .....                     Elektromobil ucuzlaşacaq? .....                     Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir .....                     Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik .....                     Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı .....                     Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq .....                     Quru sərhədlər 2 gün sonra açılır? .....                     Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək .....                     Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq .....                     Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? .....                     Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski .....                     Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? .....                     Ağacan Əbiyev xəstəxanada: .....                     Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə .....                     Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib .....                     Ermənistan yenə sülhdən yayınır .....                     Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                     Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər .....                     “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... .....                     `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... .....                     "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" .....                     "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" .....                     Paşinyan xaç oğlunu nazir təyin edir .....                     Mirzoyanın yalanı üzə çıxdı .....                     Mülayim cənub-qərb küləyi əsəcək .....                     Hərbi institutda elmi-praktik konfrans keçirilib .....                     Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb .....                 

İki supergücün Ukraynada toqquşması nə ilə nəticələnəcək? - Bayden-Putin görüşünə proqnoz
Tarix: 9-12-2021, 09:15 | Çap et
İki supergücün Ukraynada toqquşması nə ilə nəticələnəcək?
Rusiyanın Ukrayna ilə sərhədə qoşun toplaması fonunda ABŞ prezidenti Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasında yüksək səviyyəli zirvə görüşündən sonra gərginliyin azalacağı gözlənilir. “Yeni Müsavat” xəbər verir ki, iki saatdan çox videoformatda regional məsələlər ətrafında müzakirə aparılıb.

Hələlik isə bunun əlamətləri görünmür və deyəsən, tərəflər hansısa ciddi anlaşma əldə etməyiblər. Danışıqlar barədə Kremlin yaydığı məlumatda deyilir ki, prezidentlər İkinci Dünya müharibəsi illərindəki müttəfiqlik münasibətlərini yada salıblar. Və 2 saatlıq danışıqların əsas hissəsi Ukraynadaxili böhranla bağlı problem olub. Putin Kiyevin “destruktiv xətt” yürütdüyünü bildirib, eyni zamanda NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair möhkəm təminat tələb edib.

Ağ Evin yaydığı məlumatda isə deyilir ki, prezident Bayden Rusiyanın Ukrayna sərhədləri boyu hərbi fəallığından narahatdır. Əlavə edib ki, baş verənlər Avropanı da həyacanlandırır. “Bayden aydın şəkildə mesaj verib ki, Birləşmiş Ştatlar və müttəfiqləri hərbi eskalasiya baş verərsə, buna qarşı qətiyyətli iqtisadi və digər tədbirlərlə cavab verəcəklər”,- məlumatda deyilir. Eyni zamanda danışıqların ardınca Dövlət Departamenti bəyan edib ki, prezident Bayden NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair Rusiya tərəfinə heç bir təminat verməyib.

Hazırda hərbi hazırlıqlar davam edir və ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib ki, iki ölkə prezidentləri arasında aparılmış danışıqlara baxmayaraq, Vaşinqtonda Rusiyanın Ukrayna sərhədlərinə yeni ordu birlikləri cəmləşdirmək planları barədə məlumat var.

Bundan başqa, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi təqdirində Baydenin Rusiyanı beynəlxalq maliyyə ödənişləri sistemi olan SWIFT-dən kəsməklə hədələməsi də gözləntilər arasındadır.

Amerikanınsesi-nin şərhindən görmək olur ki, ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyindən ciddi şəkildə qorxur və bunun olmaması üçün Putinə yalvarmağa belə hazırdır. Çünki Ukrayna Rusiya üçün qaladır, Amerika üçünsə qapı. Putin Ukraynanı tam olaraq nəzarətə götürməsə, Amerika və NATO onu çökdürəcək, içdən parçalayacaq. Zatən 2004-cü ildən bəri Amerikanın Ukraynada qurduğu “demokratiya teatrları” Rusiyanı ciddi zədələmişdi.

Yuşşenko kimi bivec bir siyasətçinin narıncı inqilab yolu ilə hakimiyyətə gətirilməsi, 2014-cü ildə növbəti Maydan hərəkatı teatrı qurub Petro Poroşenkonu prezident seçdirmək Rusiyanın MDB məkanındakı nüfuzuna, xarizmasına böyük zərbə idi. Putin Ukraynadakı demokratiya teatrının dekorasiyası arxasında rejissor kürsüsünü - hansı ki, o kürsüdə ABŞ oturub - darmadağın etməyi qarşısına məqsəd qoyub. 2014-cü ildə Krımın ilhaqından sonra Qərbdən Rusiyaya, Putinə, onun komandasına xeyli təzyiq oldu, sanksiyalar tətbiq edildi, neftin dünya bazar qiyməti az qala 10 dəfə aşağı salındı, rubl dəyərdən düşdü, Rusiya iqtisadiyyatı iflic halına gəldi, lakin Putin Ukrayna ilə bağlı tutduğu mövqeyindən geri çəkilmədi.

Qərb bunun fərqindədir. Bu cür israrçı və ölkəsi üçün prinsipial mövqeyindən geri çəkilməyən liderlə - Putinlə dil tapmağa çalışır. Sanksiyalar işə yaramır, neftin dünya bazar qiymətini ucuzlaşdırmaqla Putini zəiflətmək olmur, inqilab ssenariləri işə yaramır. Bəs bu iki nəhəng dövlətin Ukraynada toqquşması nə ilə nəticələnəcək?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, Kremlin məntiqindən belə çıxır ki, Ukrayna və ya Gürcüstan NATO-ya üzv olsalar, bu iki ölkə Rusiya tərəfindən yenidən cəzalandırılacaq: “ABŞ və Avropa Ukraynanın müdafiəsini gücləndirmək istəyirsə, bu ölkənin NATO-ya üzvlüyü məsələsini sürətləndirməlidir. NATO-nun 2008-ci ilin aprel ayında Buxarest sammitində Gürcüstanın və Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyü qərarı verilsəydi, Rusiya nə Gürcüstana müdaxilə edib Abxaziya və Cənubi Osetiyanı işğal edər, nə də Krımı ilhaq etməklə Ukrayna ərazisində növbəti separatçı bölgə yaradardı. O zaman Vaşinqton Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyərkən Fransa və Almaniya bunun əleyhinə çıxdılar”.

Politoloq hesab edir ki, Ukraynanı qorumağın başqa bir variantı da var: “ABŞ və müxtəlif Avropa ölkələri Ukraynada hərbi bazalar yaradırlar. Bu amil də Rusiyanı Ukraynaya hərbi müdaxilədən çəkindirə bilər. Ukrayna müxtəlif ölkələrdən modern silahlar və hərbi texnika alıb. Rusiyada şübhələnirlər ki, Ukrayna prezidenti orduya Donbasa daxil olmağa əmr verə bilər. Rusiya buna cavab olaraq Ukrayna ilə sərhədə qoşun toplayıb. Bu, Kremlin Kiyevə qarşı həm də psixoloji savaşıdır. Kreml bu yolla Kiyevə mesaj yollayır ki, əgər Ukrayna ordusu Donbasda genişmiqyaslı hərbi əməliyyata başlasa Rusiya ordusu Donbasa daxil olacaq və burada pasport payladığı vətəndaşlarını qoruyacaq. Bəzi mülahizələrə görə, Rusiya Donbasla kifayətlənməyəcək, Ukraynanın Mariupol və Odessa şəhərlərini də ələ keçirəcək”.

Siyasi ekspert Ramiyə Məmmədova Bayden-Putin görüşünü qeyri-müəyyənlik adlandırır və nəticəsiz hesab edir. Onun qəzetimizə dediyinə görə, Rusiya üstün tərəfi kimi görünməkdədir: “Amerika Ukrayna üçün bundan artığını edə bilmədiyini göstərdi. Düzdür, Kiyevə dəstəyini nümayiş etdirdi və müharibəyə rəvac verilmədi, amma tərəflər anlaşa bilmədilər. Yəni Putin qoşunlarını Ukrayna sərhədlərindən çəkmək öhdəliyi götürmədi. Əksinə, hələ bir müddət də gərginlik yaşanacaq. Rusiya qulağının dibində bütün sanksiyalara tab gətirərək Ukraynanı əldən verməməyə çalışacaq. Necə ki, Suriyada Əsəd rejimini axıra qədər müdafiə etdi. Ona görə Ukrayna prezidenti Zelenskinin Putinlə danışıqlar apararaq vəziyyəti sakitləşdirməsi daha uyğun seçim olardı”.

Təhlilçi hesab edir ki, ümumilikdə ABŞ Ukrayna məsələsində acı bağırsaq kimi uzanan siyasətindən vaz keçməlidir: “Konkret qərar qəbul etmək zamanıdır. Bayden ya bu ölkəni tam müdafiə edir, onu birdəfəlik Rusiyanın caynağından qurtarır, ya da ukraynalılara deyir ki, gedin, ruslarla dil tapın. Çünki ABŞ bu ritorika ilə Rusiyanı geriə oturda bilməyəcək. Hərçənd Putin də müharibə etmək istəmir, amma qabarma-çəkilmə siyasəti yürüdür, hərbi müdaxilə adı ilə xox gələ bilir”.

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Bayden Putinə Ukraynaya hərbi müdaxilə olacağı təqdirdə, güclü iqtisadi sanksiyaların tətbiq ediləcəyini deyib, Moskvanı diplomatiyaya qayıtmağa" dəvət edib: “Vaşinqton da bilir ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək. Lakin gərginlik davam edəcək. Rusiya davamlı hərbi müdaxilə görüntüsü yaradacaq, ABŞ sanksiyalar və digər addımlarla xəbərdarlıqlar edəcək. Ukrayna sərhədlərinə ordu toplayan Putin bununla Kiyevin separatçılara hücumunu əngəlləmək, Baydenin ”rus təhlükəsi"nə qarşı avropalı müttəfiqlərini toplamaq siyasətini izləyəcək. Hələ ki hər ikisi istədiyini alır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda - "Onlara psixoloq lazımdır"
Bu gün, 17:39
Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37
Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08
Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05
Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57
Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54
Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49
Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44
Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43
Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41
Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38
Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32
Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30
Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28
Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25
Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22
Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48
Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44
Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40
Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24
Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15
Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04
"Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru