Moskvadan gürcülərə təəccüblü jest: “Onsuz da oğurluq pullardır...” - TƏFƏRRÜAT
Tarix: 10-12-2021, 08:36 | Çap et
Moskva tezliklə 10 milyon avro ödəyəcək. Belə ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2006-cı ildə Rusiyadan deportasiya olunmuş Gürcüstan vətəndaşlarına təzminat təyin edib. “Exo Kavkaza”nın verdiyi məlumata görə, bu, Avropa Şurası Nazirlər Komitəsinin (AŞNK) nazir müavinləri səviyyəsində keçirilən iclasının yekunları üzrə məlum olub.
Avropa Şurasının saytında dərc olunan qərarda deyilir ki, ödəniş “istənilən halda ilin sonuna qədər” borclar üzrə hesablanmış faizlərlə birlikdə Avropa Şurasının bank hesabına ödənilməlidir. Təşkilat bildirir ki, Rusiya müvafiq anlaşma memorandumunu imzalamağa razılaşıb, lakin hələlik imzalamayıb. Eyni zamanda, Gürcüstan tərəfi artıq Avropa Şurasının Baş katibi ilə memorandum da hazırlayıb.
Nazirlər Komitəsi bu məsələni 2022-ci ilin martında, 1428-ci iclasında müzakirə etmək üçün toplanacaq. Bu ilin iyununda xəbər verildiyi kimi, AŞNK Rusiyanı bu ilin sentyabrın 6-dək öz vətəndaşlarına verilən kompensasiyanı birbaşa Gürcüstana ödəməyə və ya vəsaitlərin köçürülməsinə imkan verən anlaşma memorandumu imzalamağa çağırıb.
Bu ilin fevralında o zaman Gürcüstanın Ədliyyə Nazirliyinə rəhbərlik etmiş Qoça Lortkipanidze demişdi ki, Moskva 2006-cı ilin payızında Rusiyadan deportasiya edilmiş vətəndaşlara kompensasiya ödənilməsi məsələsinə baxılmasına qoşulmağa hazırdır. O, Moskvanın mövqeyini “irəliyə atılmış kiçik addım” adlandırıb.
AİHM Moskvanı 2019-cu ilin əvvəlində gürcü tərəfinə 10 milyon avro ödəməyə məcbur edib. Bir neçə gün əvvəl ədliyyə nazirinin müavini Beka Dzamaşvili bildirib ki, Rusiya deportasiya olunanların işində ilin sonuna qədər pul ödəməyə yazılı şəkildə razılaşıb: “Biz ümid edirik ki, o, bu dəfə öz öhdəliyini yerinə yetirəcək”.
Dzamaşvilinin sözlərinə görə, Rusiya öz öhdəliyini yerinə yetirdikdə, bu məbləğin birbaşa zərərçəkənlərə çatması üçün ictimaiyyətə əlavə prosedurlar ətraflı izah ediləcək: “Deportasiya edilənlərin işi ilə bağlı qərar 2019-cu ilin yanvarında Strasburq Məhkəməsi tərəfindən qəbul edilib və Rusiya o vaxtdan bu öhdəliyi yerinə yetirməyib. Bütün bu müddət ərzində Gürcüstanın Ədliyyə Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə bu qərarın icrasını təmin etmək üçün fəal iş aparır. Biz Nazirlər Komitəsindəki avropalı həmkarlarımızla fəal əməkdaşlıq edirik və bu problemi həll etmək üçün praqmatik yol müəyyən etmişik - o, Rusiya tərəfindən Avropa Şurası Nazirlər Komitəsinin hesabına pul köçürməkdən və sonradan bu məsələ ilə bağlı bu məbləğin paylanması işindən ibarət olacaq”.
“Noyabr ayında bu məsələnin həlli ilə bağlı görüş keçirildikdən sonra biz bu məsələdə yaxşı irəliləyiş əldə etdik. Rusiya Federasiyası yazılı şəkildə bu öhdəliyi yerinə yetirməyə razılıq verdi. Artıq dekabr sessiyasında konkret müddət müəyyən edilib və Nazirlər Komitəsi Rusiyaya öhdəliklərini yerinə yetirmək üçün ilin sonuna qədər möhlət verib. Ümid edirik ki, heç olmasa, bu dəfə Rusiya bu öhdəliyi yerinə yetirəcək, bu isə o deməkdir ki, bu istiqamətdə bizim kifayət qədər irəliləyişimiz olacaq. Rusiya bu öhdəliyi yerinə yetirdikdə, bu məbləğin birbaşa zərərçəkənlərə çatması üçün hansı əlavə prosedurların olacağını ictimaiyyətə ətraflı izah edəcəyik”, - deyə Dzamaşvili bildirib.
Maraqlıdır, Rusiya niyə bu öhdəliyin yerinə yetirilməsinə yazılı razılıq verib? Onun AŞ-dakı yeri özü üçün bu qədər əzizdirmi? 10 milyon avro o qədər də kiçik məbləğ deyil, amma başqa bir şey daha vacibdir - onu ödəməklə Moskva Gürcüstana münasibətdə səhv və qanun pozuntusuna yol verdiyini etiraf edir və bunun əvəzini pulla ödəməyə hazırdır. Bu, Putinin açıq şəkildə qəbul etdiyi “fövqəlgüc” ideyası üçün alçaldıcıdır. Yəni Moskva AİHM-in bu qərarına əməl edəcək, yoxsa Avropa Şurası ilə münasibətləri gərginləşdirməyə üstünlük verəcək? Bir dəfə orada onun hüquqları artıq məhdudlaşdırılmışdı.
AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.
Rusiyalı analitik, “Qaydar” İqtisadi İnkişaf İnstitutunun baş eksperti Sergey Javoronkov:
“Rusiya adətən AİHM-in qərarlarına (o cümlədən Navalnı kimi səs-küylü işlərə) uyğun olaraq ödəniş edir, lakin AİHM qərarlarının icrasını, yəni müvafiq qərarların avtomatik ləğvini tanımır. Bir neçə il çəkmiş Rusiyanın Avropa Şurasında səsvermə hüququnun bərpası Putin üçün böyük diplomatik uğur oldu, o, eyni zamanda Rusiya vətəndaşlarının AİHM-in hüquqi müdafiəsini itirə biləcəyi ilə Avropa Şurasını şantaj etdi. Mənə elə gəlmir ki, indiki iş Rusiya Federasiyası üçün o qədər prinsipial əhəmiyyət kəsb edir ki, onun xatirinə yenidən Avropa Şurasından çıxa biləcəyini göz altına alsın”.
Gürcüstanlı politoloq, “Azad Rusiya” Fondunun Cənubi Qafqaz üzrə nümayəndəliyinin direktoru Yeqor Kuroptev: “Bildiyimiz kimi, Putin Rusiyasında beynəlxalq müqavilələr, şifahi və ya yazılı razılaşmalar, Avropa Şurası və ya digər beynəlxalq qurumlar tamamilə heç nə demək deyil. Əgər buna baxmayaraq, Kreml Gürcüstana bu məbləği ödəyirsə, bu, təbii ki, Gürcüstan vətəndaşlarının Rusiya Federasiyasından deportasiyasındakı pozuntunun etirafına çevriləcək və deməli bu, Moskva üçün niyəsə sərfəlidir. Neft və digər resursların satışından nə qədər oğurladıqlarını nəzərə alsaq, onlar üçün bu məbləğ qəpik-quruşdur. AŞ-nin Putinə qarşı sanksiyaları da ağcaqanadın dişləməsi deyil, zəhlətökən səsinə bənzəyir. Ona görə də biz Moskvanın bu məsələdə xeyrini axtarıb tapmalıyıq.
Moskvada düşünüldüyü kimi xırda məsələlərdən ötrü Avropa ilə yenidən mübahisə etməyəcək? “Nord Stream 2”-də işlər gözlənildiyi üçün dalaşmaq istəmir? Moskva “3+3” formatını reallaşdırmaq naminə Kremlin işğal etdiyi Gürcüstanı buraya cəlb etmək üçün müəyyən “xeyirxahlıq” nümayiş etdirir? Oliqarx İvanişvilinin başçılıq etdiyi hazırkı Gürcüstan hökumətinə heç olmasa, bir uğurlu nəticə əldə etməyə kömək edir? Bəli, Moskva görür ki, bugünkü Gürcüstan Aİ və NATO-dan son 20 ildə heç vaxt olmadığı qədər uzaqdır, ona görə də Kremldən xırda güzəştlər tamamilə mümkündür.
Bu məqamlardan əsas olan hansısa birini seçməyə hazır deyiləm. Düşünürəm ki, ödəniş baş tutsa, bütün bu komponentlərin payı var və buna görə 10 milyon xərcləməyə dəyər. Onsuz da həmin pul oğurluqdur və bir-iki yeni ev tikintisinə xərcləyə bilərdirlər. Ödəniş olmasa, təəccüblənəcək və təhlil ediləcək bir şey də yoxdur. Amma bu, baş verərsə, Gürcüstan bunu bayram etməməli, bunun arxasında nələrin dayandığından ehtiyatlanmalıdır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05 |
|
|
|
• Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57 |
|
|
|
• Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54 |
|
|
|
• Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49 |
|
|
|
• Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44 |
|
|
|
• Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43 |
|
|
|
• Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41 |
|
|
|
• Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38 |
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
|