Boris Conson istefaya göndərilə bilər
Tarix: 11-12-2021, 08:38 |
Çap et
Böyük Britaniyada hökumət üzvlərinin və Mühafizəkarlar Partiyasının rəhbərliyinin pandemiya zamanı ziyafətlərə ev sahibliyi etməsi faktı araşdırılır.
"Report" bu barədə BBC-yə istinadən xəbər verir.
Məlumata görə, Leyboristlər Partiyası şayiələr doğru olacağı təqdirdə, Boris Consonu istefaya çağırıb.
Boris Conson 2020-ci ilin noyabr və dekabr aylarında pandemiyanın ikinci dalğasının ortasında "Downing Street"də ziyafətin olmadığına arxayın olduğunu, lakin belə faktlar üzə çıxarsa, təşkilatçıların məsuliyyətə cəlb ediləcəyini bildirib.
Qeyd edək ki, bundan əvvəl mətbuat Böyük Britaniya parlamentində kokain izlərinin tapıldığı barədə məlumat yayıb. Dərmanın qalıqları sınaqdan keçirilən yerlərin 90%-də, o cümlədən Baş nazir Boris Consonun ofisinin yanındakı tualetlərdə tapılıb.