ABŞ İsrailin “Dəmir Günbəz” HHM sistemini sınaqdan keçirib - "The Times of Israel"
Tarix: 19-07-2022, 07:52 |
Çap et
İsrailin "Dəmir Günbəz" kompleksi əsasında hazırlanmış ABŞ-ın "MRIC" hava hücumundan müdafiə sisteminin prototipi Nyu-Meksikodakı poliqonunda uğurla sınaqdan keçirilib.
DİA.AZ Trend-ə istinadla xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Məlumata əsasən, prototip "Dəmir Günbəz"in raket buraxılışı qurğusu, İsrailin "Tamir" raketləri, ABŞ Dəniz Piyadaları Korpusunun radarı və komanda mərkəzindən ibarətdir.
"İlk sınaq zamanı "MRIC" müxtəlif istiqamətlərdən və müxtəlif traektoriyalardan qanadlı raketləri imitasiya edən eyni vaxtda buraxılan bir neçə hədəfi vurdu", - deyə məlumat bildirilir.