Bayden ABŞ-da benzinin qiymətinin artmasından narazıdır
Tarix: 20-07-2022, 07:49 |
Çap et
ABŞ prezidenti Cozef Bayden ölkədə benzinin qiymətlərinin aşağı neft qiymətlərinə kifayət qədər reaksiya verməməsindən narazılığını bildirib.
Onun sözlərinə görə, neftin qiyməti Rusiyanın Ukraynada hərbi əməliyyata başladıqdan sonra artıb, bununla əlaqədar Amerika şirkətləri yanacaqdoldurma məntəqələrində də benzinin qiymətini sürətlə artırıb.
“Ancaq indi neftin qiyməti aşağı düşdükdən sonra amerikalılar qiymətin aşağı düşdüyünü görmədilər. Mən aşağı qiymətlərin mənfəəti artırmaq yox, istehlakçılara fayda verməsini istəyirəm”. //report//