"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                     Prezident Los-Ancelesə yeni baş konsul təyin edib .....                     Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu .....                     Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib .....                     Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. .....                     "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." .....                     Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? .....                     Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb .....                 

Rusiya-Ukrayna müharibəsi: - Məxfi sənədləri kim sızdırdı?
Tarix: 12-04-2023, 06:01 | Çap et
Rusiya-Ukrayna müharibəsi:

Rusiya-Ukrayna müharibəsinin “hakimi” olan ABŞ-də məxfi sənədlər internet resurslarına sızıb.

Sızan məlumatlar, fotoşəkillər, diaqramlar Ukraynanın azalan silah arsenalının təsvirini verərək onun Rusiya qarşısında çətin durumda qaldığını, eyni zamanda, Rusiyanın çatışmazlıqlarını göstərir.

Məlumatlara əsasən, sənədlərdə Ukraynanın xəritələri və qoşunların harada cəmləşdiyi, onlarda hansı silah növlərinin olması ilə bağlı qrafiklər var.

Ancaq Ukraynanın Rusiya qoşunlarına qarşı başlayacağı əks-hücum əməliyyatlarının qrafiki mövcud deyil. Sənədlərin dəqiq olub-olmaması mübahisələndirilir, lakin böyük ölçüdə onların həqiqiliyinə inanc üstünlük təşkil edir. Pentaqondan gələn “nə təsdiq, nə də təkzib” səsləri sənədlərin doğruluğuna olan inamı çoxaldır.

ABŞ-də, ümumiyyətlə, “top secret” sənədlərin qorunub-saxlanılmasında boşluqlar mövcuddur, ona görə də sual olunur: Sənədləri dərc edənlərin kimliyi və onların motivləri nədir? Qaranlıq tunelə işıq tutmaq üçün ABŞ-dəki iki qurum arasındakı açıq-gizli rəqabətin ruhuna nəzər salmaq lazımdır.

ABŞ-nin xarici siyasətində Dövlət Departamenti rəsmi səylərə rəhbərlik edir, lakin hərb aparatı Pentaqonun diplomatiya üçün daha çox pulu və işçisi var.

Bu, ABŞ üçün Ukraynadakı müharibə fonunda riskli tendensiyadır, Vaşinqtonun qlobal kommunikasiyalarında ordu amilini ön plana çıxarır.

Bununla da Dövlət Departamentinin diplomatik effektivliyi azalır. Sənədlərin boşluqlardan fərasətlə sızdırılması Dövlət Departamenti ilə Pentaqon arasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranan fikir ayrılıqlarının nəticələri kimi başa düşülə bilər.

Pentaqon Rusiya ilə kanalları açıq tutaraq onunla bir çox müzakirələr aparır. Dövlət Departamentinin bu istiqamətdəki fəaliyyəti isə ya “bloklanır”, ya da səmərəsizləşir. Sənədi sızdıranın kimliyi ətrafında fikir yürüdəndə istər-istəməz diqqət Dövlət Departamenti ilə Pentaqonun üzərində cəmlənir.

Lakin məxfi qovluqlardakı kağızların açıqlanması ABŞ-nin strateji maraqlarına zərbə vurmaqdan uzaqdır, bu, sadəcə, iki böyük qurum arasında xarici siyasətdəki alətləri əldə cəmləşdirmək uğrunda rəqabətə işarə edir.

Yayılan sənədlər sırf hərbi kateqoriyada olduğuna görə isə onun məhz Pentaqon tərəfindən internet resurslarına ötürülməsi versiyası güclənir.

Ümumilikdə bu, Ukraynadakı müharibədə ABŞ-nin motivlərinə inamsızlıq mühiti yaratsa da, Vaşinqton öz strateji xətlərindən geri çəkilməyib.

Sızdırılan sənədlər təkcə Ukrayna ilə bağlı deyil, həm də Vaşinqtonun bəzi digər müttəfiqlərindən bəhs edir. Sənədlərdə İsraildən Cənubi Koreyaya qədər bu ölkələrin Ukrayna və digər həssas məsələlərlə bağlı apardıqları daxili mübahisələri ortaya qoyulur.

Mümkündür ki, bütün bunlar Rusiyanı yanıltmaq üçün bir oyundur. Lakin digər tərəfdən, belə versiya da ortaya çıxır ki, ABŞ Ukraynanı tək buraxmaqdan ötrü informasiya əməliyyatları hazırlayır. Bu doğrudursa, ABŞ Kiyevi tək qalmağa inandırmaq üçün əlini sızan sənədlərin üstünə qoyaraq “and içir”.

Lakin hesab etmək olmaz ki, sızıntılar Ukraynanın hərbi planına, o cümlədən Ukrayna qüvvələrinin çoxdan gözlənilən yaz hücumuna dərhal təsir göstərəcək.

Rusiyaya gəlincə, o, sızmalardan ABŞ-nin müttəfiqləri arasında parçalanma yaratmaq üçün istifadə edəcək.

Rusiya Qərb dünyasını iblis obrazı ilə müqayisə etdiyindən Moskva buna dəlillər tapmalıdır. Lakin dəlil, demək olar ki, yoxdur, ona görə də mümkündür ki, sızdırılan sənədlər Rusiyanın təhlükəsizlik qüvvələrindəki hakerlərin əməyinin məhsuludur.

Aqşin Kərimov - DİA.AZ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
"Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07
“İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06
Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02
Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru