Bu yaxınlarda Dnestryanı barədə danışdılar, amma Qaqauziyanı unutdular... Moldovada Rusiyaya bağlı qüvvələrin hakimiyyəti ələ keçirməsi ehtimalı barədə proqnozumda, qeyd etmişəm ki, bu əməliyyatda Dnestryanıdakı qeyri-qanuni silahlı qruplaşmanın zorla müdaxiləsi variantı və Qaqauziyanın ən mühüm rollarından biri barədə - Moldovanı cənubdan bloklamaqda oynaması barədə demişəm.
Və bu yaxınlarda Rusiyada Ümumdünya Gənclər Forumu adlanan tədbir çərçivəsində Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul Rusiya Prezidenti Vladimir Putinlə görüşüb və ona Moldovanın qaqauz xalqına qarşı “təzyiqindən” və “təqibindən” şikayətlənib. Sosial şəbəkələrin birində onun Kişinyovdan şikayət etdiyini, guya muxtariyyətin hakimiyyət orqanlarının səlahiyyətlərini əlindən aldığını, büdcəni məhdudlaşdırdığını, "qanuni hüquqları pozduğunu, qeyri-sabitliyə səbəb olduğunu" söylədiyi videosu yayımlandı. Qutsulun sözlərinə görə, “Moldova hakimiyyətinin bu cür qanunsuz hərəkətləri” guya “qaqauz xalqından vətəndaş mövqeyinə və milli maraqlara sədaqətinə görə qisas almaları” ilə bağlıdır.
Bilməyənlər üçün qeyd edim ki, Qaqauziya Moldovanın cənubunda muxtariyyət hüququna malik kiçik bir bölgədir və son dərəcə Rusiyaya bağlıdır. Dnestryanıya bənzəyən bölgə oliqarx-kriminal kondominiumdur. Fərqi odur ki, orada Rusiya kontingenti yoxdur, lakin kifayət qədər Kreml agentləri var.
Qutsulun Putinlə görüşü onun üçün ən böyük arzu idi. Necə deyərlər, “Putini gör və öl!” kateqoriyasından bir haldır. Lakin Putin üçün belə xırda şəxslə görüş Kremlin Qaqauziyaya son dərəcə yüksək marağının olması deməkdir. Demək ki, Rusiya Moldova ilə bağlı məkrli planlarında Qaqauziyadan da istifadə edəcək.
Və Dnestryanının Rusiyadan sadəcə olaraq daha çox pul istəməsi o demək deyil ki, Tiraspol daha çox iş görmək - Kişinyovla bağlı hərəkətləri sinxronlaşdırmaq istəmir. Eyni zamanda, bu hərəkətlərin sinxronlaşdırılmasında Qaqauziyanın öz rolu olmasını istəyir.
Demək ki, vəziyyət heç də ürəkaçan deyil və Rusiyanın da, Dnestryanının da planlarında dəyişiklik yoxdur.
Müəllif: Aleksandr Kovalenko – Ukrayna İnformasiya Müqaviməti qrupunun hərbi-siyasi eksperti
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur