İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                 

Vahid Avropa Ordusu: olsun, olmasın? - GƏLİŞMƏ
Tarix: 3-04-2024, 00:37 | Çap et
Vahid Avropa Ordusu: olsun, olmasın?
Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell CNN telekanalında çıxış edərək, Vahid Avropa Ordusunun yaradılması üçün 27 Aİ-yə üzv dövlətin silahlı qüvvələrinin buraxılması ideyasını qeyri-real adlandırıb. “Bir ordu yaratmaq üçün 27 ordunu buraxacağımıza inanmaq utopikdir”, - deyə o bildirib.

Borrell daha realist düşünməyə və Aİ ölkələri və onların vəsaitlərdən necə istifadə etdikləri arasında daha yaxşı ünsiyyət qurmağa çağırıb.

Yanvarda İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirmişdi ki, Aİ sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz silahlı qüvvələrini formalaşdırmalıdır.

Martın 5-də Avropa Komissiyası silah istehsalının artırılması və üzv dövlətlər arasında daha sıx əməkdaşlığı ehtiva edən Aİ-nin yeni müdafiə sənayesi strategiyası üçün qanunvericilik təklifini təqdim edib. Strategiya üzv ölkələrdə tələbatın konsolidasiyası, ehtiyacların və mövcud imkanların davamlı qiymətləndirilməsi yolu ilə “müdafiə sənayesində (böhran vəziyyətlərinə) daimi hazırlıq mədəniyyətinin yaradılmasını” hədəfləyir.

Bununla belə, Borrell ümumavropa ordusu ideyasını qeyri-real və utopik adlandırır. Putin Rusiyasının getdikcə bütün qonşuları üçün doyumsuz iştahı olan Hitler Almaniyasının analoquna çevrildiyini nəzərə alsaq, dünyada sülhün təmin edilməsi naminə belə bir vəzifə nə dərəcədə aktualdır? Bəlkə də, əslində, Aİ-nin bütün üzv ölkələrin silahlı qüvvələrini birləşdirməsi, struktur olaraq, deyək ki, NATO daxilindəki kimi vahid komandanlıqla vahid ordu yaratması daha düzgün olardı ki, nəsə olarsa, işğalçıya müqavimət göstərə bilsin.

Burada qeyd etmək lazımdır ki, 1949-cu ildə imzalanmış Şimali Atlantika Müqaviləsini heç kim ləğv etməyib. Və onun təməl maddəsi NATO üzv ölkələrinin silahlı hücuma məruz qalan hər hansı üzv dövlətin köməyinə gəlməsini tələb edən 5-ci maddədir.

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Estoniyalı politoloq Piter Taym:

“Avropa İttifaqının Silahlı Qüvvələrı və ya Ordusu adlı hər hansı vahid strukturun yaradılmasına qətiyyən ehtiyac yoxdur. Avropa İttifaqı mövcud olduğu bütün tarix boyu suveren dövlətlərin birliyi olub, var və olacaq. Yəni heç bir mənada Aİ ölkələri hansısa federasiya və ya konfederasiyanın subyektləri deyil.

Bu, siyasi, iqtisadi, maliyyə, humanitar əməkdaşlıq birliyidir. Burada silahlı qüvvələrlə bağlı da eyni mövqe sərgilənməlidir. NATO daxilində müxtəlif ölkələrin silahlı qüvvələri ayrı-ayrılıqda mövcud olduğu kimi, onlar hər bir ölkə üçün ayrıca olmalıdır.

Yəni, söhbət Avropa İttifaqının birləşmiş qüvvələri adlandıra biləcəyimiz hansısa strukturun yaradılmasından gedirsə, mən bundan sadəcə olaraq tədbirlər kompleksini və ya NATO kimi qurulmuş hansısa strukturu başa düşürəm. Yəni, Avropa İttifaqının bütün üzvlərinin bütün silahlı qüvvələrini istifadə etmək zərurəti yaranarsa, bunun üçün artıq bəzi inkişaflar və ya strukturlar olmalıdır ki, bunun sayəsində bütün Avropa İttifaqı ölkələrinin silahlı qüvvələri koordinasiyalı və ardıcıl olaraq bəzi hərbi əməliyyatlar həyata keçirə bilər”.

Ukraynalı analitik, Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda:



“Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu qlobal aktyorları necə yaşamaq və bundan sonra necə davranmaq, necə inkişaf edəcəklərini seçmək məcburiyyətində qoyub. Avropa İttifaqı öz fəallığını göstərdi, Ukrayna və digər ölkələrlə genişlənməyə dair danışıqlara hazır olduğunu göstərdi və bu, həqiqətən də vacib məqamdır.

Amma hazırda Avropa ordusunun yaradılması (yeri gəlmişkən, bu ideya yeni deyil) məncə, kifayət qədər problemlidir. Üstəlik, düşünmürəm ki, mümkün böhran vəziyyətində olan Avropa iqtisadiyyatları Ukraynaya hərbi yardımın artırılması ilə eyni vaxtda NATO-ya xərclərin artmasının və həmçinin müəyyən ayırmalar tələb edən bir Avropa ordusu yaratmağın öhdəsindən gələ bilsin.

Ona görə də məncə, Josep Borrell öz mövqeyini kifayət qədər aydın ifadə etdi. Nəzərinizə çatdırım ki, o, bir müddət Avropa İttifaqının bir sıra ölkələrində “bonsai ordularının”, yəni döyüş meydanındakı vəziyyətə həqiqətən təsir edə bilməyən orduların olduğunu etiraf etmişdi.

Orduları real təsir gücünə malik olan ölkələr - Polşa, Fransa, İngiltərə, Almaniya artıq NATO strukturlarına inteqrasiya olunub. Ona görə də başa düşməliyik ki, Aİ-də, xüsusən də Avropa Parlamentinə seçkilər ərəfəsində bu məsələdə o qədər də entuziazm olmayacaq”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru