Hazırlaşın: Putin yeni torpaqlara tamah salıb – Üçüncü Dünya müharibəsi başlayacaq?
Tarix: 1-06-2024, 14:00 | Çap et
Rusiya Müdafiə Nazirliyi birdən-birə Baltikyanı sərhədləri bəyənmədi və onları birtərəfli qaydada dəyişməyə qərar verdi. Hərbi hakimiyyət orqanları “dövlətin təhlükəsizliyini və suverenliyini təmin etmək üçün Finlandiya körfəzinin şərqində, həmçinin Litva və Finlandiya sərhədlərinə yaxın Baltiysk və Zelenoqradsk rayonlarında Rusiya ərazisinin genişləndirilməsini zəruri hesab edib”.
Bir neçə gün əvvəl normativ hüquqi akt layihələrinin rəsmi portalında dərc olunan sənəddə Rusiya Müdafiə Nazirliyi (RMN) materik sahillərində və Baltik dənizindəki Rusiya adalarında ərazi sularının eninin ölçüldüyü nöqtələrin siyahısını yeniləməyi təklif edib. RMN qeyd edib ki, 1985-ci ildə yaradılmış hazırkı sərhəd müasir geosiyasi reallıqlar və ölkənin üzləşdiyi çağırışlar fonunda düzəlişlər tələb edir.
Qurum Finlandiya körfəzinin şərq hissəsində, eləcə də Baltiysk və Zelenoqradsk ərazilərində düz əsas xətlər sisteminin yaradılmasını təklif edib: “Bu, Baltik dənizində dövlət sərhədinin düzülüşündə dəyişiklik edəcək və ondan daxili dəniz suları kimi istifadə etməyə imkan verəcək”.
“Rosreestr”ə Baltik dənizində Rusiyanın dövlət sərhədində dəyişiklikləri nəzərə almaq, Xarici İşlər Nazirliyinə isə düzəliş edilmiş və yenidən çap edilmiş xəritələrin nüsxələrini saxlanılması üçün BMT-nin Baş katibinə təhvil vermək tapşırılıb. Dəyişikliklərin 2025-ci ilin yanvarında qüvvəyə minməsi gözlənilir. Eyni zamanda, Rusiya Federasiyasının parlaq hərbi ağılları, sahilyanı dövlətlərin dəniz zonalarının müəyyənləşdirilməsi, o cümlədən onlara yenidən baxılması ilə bağlı müddəaları ehtiva edən BMT-nin Dəniz Hüququ Konvensiyasına istinad edirlər.
Lakin bir gün sonra NATO-nun sahilyanı ölkələrində səs-küy yaratmağı bacaran sənəd hökumətin saytından yoxa çıxsa da, qanun layihəsinin təsviri hələ də orada qalıb. Rusiyanın Baltikyanı qonşuları sənədin dərcinə qəzəblə reaksiya veriblər. Baltikyanı ölkələr Moskvanın Baltik dənizində dəniz sərhədlərinə yenidən baxmaq niyyətini təxribat və “hibrid əməliyyat” kimi qiymətləndiriblər. Litva Xarici İşlər Nazirliyi (XİN) “Rusiyanın təcavüzkar və revizionist siyasətini” qonşu ölkələrin və bütövlükdə Avropanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.
Finlandiya XİN də oxşar bəyanat yayıb və Rusiyaya Konvensiyaya əməl etməyi tövsiyə edib. Lakin ən böyük narahatlığı isveçlilər keçiriblər. Onlar Rusiyanın Baltik dənizinin İsveçin Qotland adasını ələ keçirmək planlarına istinad etməsni vurğulayıb və NATO-nu bu dənizin Putinin “oyun meydançasına” çevrilməsinin qarşısını almağa çağırıblar.
“Mən əminəm ki, Rusiya Prezidenti Vladimir Putinin hər iki gözü Qotland adasındadır. Biz buna imkan verə bilmərik ki, Baltik dənizi NATO ölkələrini qorxu və dəhşət vəziyyətinə salan Putinin oyun meydançasına çevrilsin”, - deyə İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Büden bildirib.
Komandanın sözlərinə görə, İsveç Qotlanda arxalanaraq, Baltikyanı digər NATO ölkələrinə təhlükəsizlik şəraitində yaşamağa kömək edir: “Əgər Putin Qotlandı işğal edərsə, o, NATO ölkələrini dənizdən təhdid edə biləcək - bu, şimal və Baltik regionlarında sülhün və sabitliyin sonu olacaq”.
Büden xatırladıb ki, Qotland İsveç ərazisidir, ona görə də İsveç onu qorumağa borcludur, Qotlandın isə müdafiə olunmaq hüququ var: “Qotlanddakı hərbi mövcudluğumuzu o qədər azaltdığımız vaxtlar olub ki, orada yalnız könüllü daxili müdafiə qüvvəmiz var idi. Bu dinc vaxtlar geridə qaldı. Ukraynadakı münaqişə Avropadakı siyasi vəziyyəti dəyişdi və biz Qotlandı ciddi şəkildə yenidən silahlandırmalı olduq. Hazırda biz adanı daimi yerləşdirilən bölmələrlə təmin edirik və təhlükə artarsa, müvəqqəti olaraq əlavə qüvvələr yerləşdiririk. Qotlanda kim nəzarət edirsə, Baltik dənizinə də nəzarət edir. Hazırda bu, bizik”.
O xəbərdarlıq da edib: “Qotlanddan biz Baltik dənizindəki digər NATO ölkələrinə təhlükəsiz şəraitdə yaşamağa kömək edə bilərik. Amma Putin Qotlandı işğal etsə, NATO ölkələrini dənizdən təhdid edə biləcək. Bu, Şimali və Baltikyanı regionlarda sülh və sabitliyin sonu olacaq”.
Görünür, Rusiya liderinin Baltikyanı ölkələrə dair planları ilə bağlı ən pessimist proqnozlar özünü doğruldur. Dəniz sərhədlərinin dəyişdirilməsi ilə bağlı dərc edilmiş sənəd Rusiya hakimiyyətinin qonşularına qarşı təcavüzkar niyyətlərinin daha bir sübutu oldu. Üç Baltikyanı ölkəyə - keçmiş Sovet respublikalarına qarşı tiradlar artıq adi hala çevrilib, lakin Finlandiya və İsveçə hücumlar yeni bir şeydir. Onların NATO blokuna sürətlə qəbul edilməsindən sonra belə gözləntilər olsa da, Rusiya onların Alyansa daxil olduğu gündən bu istiqamətdə xüsusi fəallıq göstərməyib.
Və bu ölkələrin rəhbərliyi, İsveç baş komandanının sözlərinə görə, yalnız dezinformasiya, böhtan kampaniyaları və kiberhücumlar kimi hibrid əməliyyatların, yəni bir çox qeyri-hərbi təxribatların mümkünlüyünü öz üzərinə götürdü: “Bizim ssenarilərimizdə güman edirdik ki, Rusiya cəsarətlə əzələlərini nümayiş etdirəcək. Lakin biz işğal və quru qoşunlarının yeridilməsi deyil, başqa əməliyyatlar gözləyirdik”.
Rusiyanın özündə nə deyirlər? Kremlin sözçüsü Dmitri Peskov sənəddən imtina etməsə də, hər hansı siyasi niyyəti inkar edib və Rusiyanın təhlükəsizliyini təmin etmək üçün “müvafiq addımlar” atmağa borclu olduğunu deyib. Ancaq xatırladığımız kimi, Rusiyanın öz təhlükəsizliyini təmin etmək və bu məqsədlə Avropanın sərhədlərini yenidən cızmaq niyyəti Ukrayna ilə böyük müharibəyə, dolayısı ilə bütün sivil dünya ilə hibrid müharibəyə səbəb oldu. Rusiya Federasiyasının NATO ölkələrinə növbəti çağırışı necə başa çatacaq: əsl dünya müharibəsi başlayacaq?
AYNA.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
• Ayaqqabı altlıqları istehsal edən şirkət nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 10:59 |
|
|
|
• ATƏT böhran içində, MQ isə “yaşayır” - Ermənistanın sonuncu “saman çöpü”
Bu gün, 10:55 |
|
|
|
• 20 yaşlı qadın doğuş zamanı öldü
Bu gün, 10:47 |
|
|
|
• ABŞ Trampın planını Rusiyanın qələbəsi adlandırdı - “Rolling Stone”
Bu gün, 10:46 |
|
|
|
• Ermənistan Bakıya nümayəndə göndərməməklə... İTİRDİ...
Bu gün, 10:34 |
|
|
|
• “Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24 |
|
|
|
• Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22 |
|
|
|
• Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18 |
|
|
|
• AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12 |
|
|
|
• Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05 |
|
|
|
• Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01 |
|
|
|
• Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58 |
|
|
|
• "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48 |
|
|
|
• Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35 |
|
|
|
• AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33 |
|
|
|
• Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25 |
|
|
|
• XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24 |
|
|
|
• Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19 |
|
|
|
• İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16 |
|
|
|
|