Türkiyədən SAVAYI BUNU KİM EDİR Kİ... - HƏQİQƏTƏN DƏ...
Tarix: 5-06-2024, 16:17 |
Çap et
Türkiyə xarici işlər naziri Hakan Fidanın Çinə 3 günlük səfəri zamanı Sincan-Uyğur Muxtar Bölgəsinin (Doğu Türküstan) paytaxtı Urumçiyə getməsi, orada məscidə baş çəkməsi və bazarda uyğurlarla fikir mübadiləsi aparması təqdirəlayiqdir. Səfərdən bir gün əvvəl Hakan Fidanın Urumçi və Kaşğarın Çin mədəniyyətinə böyük töhfələr verən qədim türk-müsəlman şəhərləri olduğunu vurğulaması Pekinə yumşaq mesajdır.
Aydındır ki, bir səfərlə Pekin uyğurlara qarşı tətbiq etdiyi sərt siyasətdən, zorakı qaydaların tətbiqindən imtina etməyəcək. Bütün hallarda Ankara Pekinin uyğurlara münasibətinin dəyişməsinə çalışır. Dünyanın əksər dövləti Çinlə iqtisadi əlaqələri genişləndirmək və ortaq layihələr reallaşdırmaq istəyir, bu ölkənin maliyyə imkanlarından faydalanmağa çalışır. Türkiyə də istisna deyil. Ankara eyni zamanda Pekinlə dialoqunda uyğur mövzusunu arxa plana keçirmir, Hakan Fidanın səfəri buna sübutdur. Bunun yetərli olmadığını söyləyənlər ola bilər, ancaq Türkiyənin xaricində hansı müsəlman ölkəsi uyğurlar üçün bundan artığını edir?
Elxan Şahinoğlu - Dia-az.İnfo