Ukrayna Şimali Osetiya ərazisinə PUA-larla hücum edib
Tarix: 8-06-2024, 12:34 |
Çap et
"Ötən gecə səmamız üzərində üç ədəd pilotsuz uçuş aparatı zərərsizləşdirilib".
APA-nın Rusiya mətbuatına istinadnə xəbərinə görə, bunu Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo deyib.
O bildirib ki, Ukrayna PUA-larının hədəfi Mozdokdakı aerodromu sıradan çıxarmaq olub. S. Menyaylonun sözlərinə görə, ölən və xəsarət alan yoxdur.
Qeyd edilib ki, gecə saatlarında ümumilikdə 25 PUA zərərsizləşdirilib.