NATO nüvə təhlükəsizliyinə necə hazırlaşır? - AKTUAL
Tarix: 13-06-2024, 11:51 |
Çap et
Fransa prezidenti Emmanuel Makronun “Avropa ordusu” ideyası iflasa uğradıqdan sonra NATO fəallığını artırıb. Makronun bir neçə il əvvəl “NATO beyin ölümü keçirib” ifadəsinin də reallıqla əlaqəsi yoxdur. Təşkilat üzvlərindən Macarıstanı çıxmaq şərtilə Şimali Atlantika Bloku Ukraynanı qorumaq strategiyasını gücləndirib. Ukraynaya hərbi texnika göndərən NATO ölkələri Kiyevə Rusiyadakı hərbi hədəfləri vurmağa icazə veriblər.
Hollandiyada yerləşən F-35 qırıcı təyyarələri bu aydan başlayaraq NATO-nun nüvə missiyasını həyata keçirəcək. Bu haqda NATO baş katibi Yens Stoltenberq açıqlama verib. NATO-ya üzv dövlətlərinin müdafiə nazirlərinin Brüsseldəki toplantısında nüvə təhlükəsizliyi mövzuları müzakirə olunacaq. Eyni zamanda ABŞ-ın Avropadakı nüvə silahlarının moderləşdirilməsi də müzakirə olunan mövzulardandır. Buna səbəb Rusiya rəsmilərinin nüvə silahhıyla bağlı hədələyici açıqlamalarının sayını artmasıdır.
Bu arada, NATO-ya üzv ölkələrdən Hollandiya ilə Çin arasında gərginlik yaranıb. Çin qırıcıları Şərqi Çin dənizində “potensial təhlükəli vəziyyət” yaradaraq Hollandiya Kral Hərbi Dəniz Qüvvələrinin HNLMS Tromp freqatına yaxınlaşıblar. İki Çin qırıcısı Hollandiyanın hərbi gəmisinin üzərindən bir neçə dəfə uçub. Çin Tayvan adası ətrafında hərbi gəmilərinin və havada uçan qırıcı təyyarələrinin sayını artırdıqca bölgədə gərginliyin artacağını proqnozlaşdırmaq olar.
“Atlas” Araşdırmalar Mərkəzi
Dia-az.İnfo