Türkiyədə instaqramın 3 gündür bağlı olması ölkə iqtisadiyyatına təsir göstərib.
Pressklub.az xəbər verir ki, ölkə 6 milyard lirə itirib.
Xatırladaq ki, Türkiyədə instaqrama giriş bloklanıb. Ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi bloklanmanın instaqramın qoyduğu qadağalar arasında yer alan çoxsaylı cinayət paylaşımları ilə bağlı şərtlərə əməl edilməməsi ilə əlaqəli olduğunu açıqlayıb.
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu instaqrama giriş qadağasını “İnstaqrama cinayət paylaşımları ilə bağlı xəbərdarlıq etdik, lakin lazımi cavabı ala bilmədiyimiz üçün giriş bloku tətbiq etdik” - deyə əsaslandırıb.