Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                 

Vahid Avropa Ordusu: Tramp başqa çarə buraxmır - AKTUAL
Tarix: 21-02-2025, 11:02 | Çap et
Vahid Avropa Ordusu: Tramp başqa çarə buraxmır
Avropa İttifaqının (Aİ) cəmiyyətin təhlükəsizliyini və müdafiəsini öz əlinə götürməsinin vaxtı çatıb. Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Litvada keçirdiyi mətbuat konfransında deyib.

“İnfrastrukturun qorunmasından əlavə, təhlükəsizliyimizi və müdafiəmizi öz əlimizə götürməyin vaxtıdır və çoxdan gecikmişik. NATO bizim müdafiəmizin təməli olaraq qalır. Ancaq aydındır ki, bizə Ümumavropa müdafiəsi lazımdır”, - deyə o bildirib.

Bundan sonra Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Avropa Silahlı Qüvvələrinin yaradılması lazımdır: “Onun yaradılması vaxtı artıq gəlib çatıb. Mən Avropaya inanıram. Və inanmalıyam. Mən sizi - özünüz və Avropa üçün - Avropa xalqları, millətləriniz, evləriniz, övladlarınız və ümumi gələcəyimiz üçün hərəkətə keçməyə çağırıram”.

Onun sözlərinə görə, Avropa özünü təmin etməli və gücünü Ukrayna ilə birləşdirməlidir: “İndi digər dövlətlərin dəstəklədiyi ukraynalı müdafiəçilər Rusiyanı geridə saxlayırlar. Amma indi biz ABŞ-ın onu təhdid edən məsələlərdə Avropaya “yox” deməsi ehtimalını istisna edə bilmərik. Bir çox liderlər Avropanın öz silahlı qüvvələrinə - Avropa Ordusuna malik olmasının zəruriliyindən danışdılar. İnanıram ki, bunun vaxt gəlib çatıb. Avropa Silahlı Qüvvələri yaradılmalıdır”.

NATO-nun Baş katibi Mark Rütte isə çıxış edərək, belə Silahlı Qüvvələrin NATO-nu əvəz etməyəcəyini söyləyib: “Bu, bizim tərəfdaşlığımıza Avropanın töhfəsini Amerikanın töhfəsinə bərabərləşdirməkdən ibarətdir. Diplomatiyaya gəldikdə isə eyni yanaşmaya ehtiyacımız var – sülh naminə birgə işləmək”.

Maraqlıdır, indi Aİ-nin özünün vahid ordusunun yaradılmasının daha real və inandırıcı göründüyü məqam yetişibmi? Bu ideya indi Avropa İttifaqı üçün daha böyük təhlükəsizliyin təmin edilməsində müsbət rol oynaya bilər, yoxsa NATO-nun mövcud gücləri ilə hansısa şəkildə ziddiyyət təşkil edir?

AYNA mövzunu tanınmış avropalı ekspertlərlə müzakirə edib.

Polşalı analitik və Nikolay Kopernik adına Torun Universitetinin Siyasi elmlər və beynəlxalq tədqiqatlar fakültəsinin professoru Roman Bekker:

“Avropa İttifaqının səlahiyyətlərinin, o cümlədən müdafiə məsələlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsi ilə bağlı ideyalar yarım əsrdən artıqdır ki, formalaşır. Onlar artıq 1960-cı illərdə, Avropa İqtisadi Birliyinin hələ mövcud olduğu vaxtlarda yaranıb. Bu ideyaların uğursuzluğu zərurətin olmaması ilə izah olunurdu.

NATO Sovet təcavüzü təhlükəsinə qarşı kifayət qədər qoruyucu sipər kimi görünürdü, buna o qədər də böyük ehtiyac yox idi. Bu gün vəziyyət “soyuq müharibə” dövründəkindən daha gözlənilməzdir. Rusiya 2014-cü ildə Ukrayna ilə əsassız müharibəyə başladı və üç il əvvəl bunu bu dövlətin və xalqın müstəqilliyini tamamilə məhv etməyə yönəlmiş çoxşaxəli cəbhə hücumuna çevirdi.

Trampın ikinci müddətinin əvvəlindəki siyasəti təəccüblü fikirlər və qeyri-adi tələblərlə doludur. Trampın gözlənilməzliyi və Rusiyanın təcavüzkar hərbi maşını Avropanı əvvəllər lazımsız görünən ssenarilər yaratmağa məcbur edir. Ona görə də real ehtiyac yaranana qədər belə bir qərar verilməyəcək.

Bununla belə, ideya haqqında yüksək səslə danışmaq və onu sakitcə hazırlamaq o deməkdir ki, belə bir qərar çox tez qəbul oluna və daha da sürətlə həyata keçirilə bilər”.

Estoniyalı politoloq Pieter Taym:

“Avropa ordusunun yaradılması ideyası yeni deyil. Bu mövzuda müzakirələr aparılarkən, bunun NATO-nun ideya və strukturlarına hər hansı bir şəkildə zərər verməsi və ya ona qarşı olması barədə heç vaxt danışılmayıb. Bu ideyanın həyata keçirilməsi məhz ona görə təxirə salınıb ki, NATO artıq mövcuddur və Alyans öz üzvlərinin təhlükəsizliyini təmin etməyə qadirdir.

Yaxşı, indi ABŞ Prezidenti və vitse-prezidentinin çıxışları fonunda bütün Avropa ölkələrinin nəhayət ayılmalarının vaxtı gəldi (məsələn, Baltikyanı ölkələr tərəfindən çoxdan çağırıldığı kimi) və ən qısa müddətdə ABŞ-ın müdafiə qabiliyyətinə malik olan köməyi olmadan bütün lazımi tədbirləri görməlidir.

Əlavə etmək istərdim ki, bu konkret mövzu kontekstində və hazırkı vəziyyətlə bağlı mən Avropa dedikdə təkcə Aİ və NATO ölkələrini nəzərdə tutmuram. Mən məşhur rusiyalı politoloq Piontkovskinin Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları ilə bütün Avropa ölkələrinin Hərbi Hava Qüvvələrinin birləşdirilməsinin zəruriliyi barədə fikrini tam dəstəkləyirəm. Bu, Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində çox sürətli məğlubiyyətini təmin edə bilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru