Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                 

NATO çat verdi - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 5-03-2025, 06:56 | Çap et
NATO çat verdi
Şimali Atlantika Bloku (NATO) Ukraynaya dəstək məsələsində ABŞ və onun Avropadakı müttəfiqləri arasında yaranan fikir ayrılıqları səbəbindən hazırkı formada mövcudluğunu dayandıra bilər.

The Daily Telegraph qəzetinin məlumatına görə, bu fikri NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin keçmiş ali baş komandanı admiral Ceyms Stavridis səsləndirib.

“Biz NATO-nun sonunu və onun yerində Avropa Müqaviləsi Təşkilatı adlandırıla biləcək qurumun yaranmasını görə bilərik”, – deyə o bildirib.

Stavridis qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun artıq Kiyevə hərbi yardım göstərmək istəmədiyini açıq şəkildə ifadə edib. Onun fikrincə, bu, çox böyük miqyasda geosiyasi səhvdir. “İndi Avropa üçün yaşıl işıq yanır və onlar bu məsələni öz üzərilərinə götürməli olacaqlar”, – deyə admiral əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya münasibətdə tutduğu mövqe və müdafiə xərclərini artırmaq üçün Vaşinqtonun Avropadakı müttəfiqlərinə göstərdiyi təzyiq alyansın əsasına zərbə vurur və NATO daxilində qarşılıqlı etimad məsələsini sual altına alır.

Stavridis hesab edir ki, ABŞ özü də NATO-dan kənarda daha az təhlükəsiz olacaq.

Bəs keçmiş NATO komandanının bu proqnozlarını nə dərəcədə ciddi qəbul etmək olar? Dünyanın ən güclü hərbi bloku olan NATO-nun həqiqətən də dağılma ehtimalı varmı? Axı, bu baş verərsə, beynəlxalq təhlükəsizlik sistemində tamamilə yeni bir reallıq yaranacaq.

ABŞ istisna olmaqla, Ukrayna və bütün Qərb dünyası bu ssenariyə qarşı hansı effektiv tədbirlər görə bilər?

Pressklub.az-ın bu suallarına tanınmış ukraynalı analitiklər münasibət bildiriblər.

Kiyevdə yerləşən “Strategiya XXI” mərkəzinin hərbi eksperti Pavlo Lakiçuk Stavridisin proqnozlarını tamamilə real hesab edir.

“NATO-nun mövcudluğu bir çox dövlətə böyük üstünlüklər verir. Lakin alyans daxilində ciddi səhvlər özünü göstərir.

Avropada yeni formalaşmaqda olan təhlükəsizlik strukturlarına gəldikdə, onlar müəyyən müddət ərzində simbioz şəklində NATO ilə yanaşı mövcud ola bilər”, – deyə Pavlo Lakiçuk bildirib.

Digər tərəfdən, jurnalist və bloqer Roman Tsımbalyuk artıq NATO daxilində çatların yarandığını vurğulayıb.

“Donald Trampın prezident olduğu ilk gündən etibarən hər şeyin sadə olmadığı və ABŞ-ın Avropaya yardım edə bilməyəcəyi ilə bağlı müəyyən siqnallar verməsi Avropa İttifaqında yeni prosesləri işə saldı. Bu nə deməkdir?

İnsanlar Trampın və Vensin Zelenski ilə necə danışdığını, onların Moskvaya birtərəfli güzəştlər tələb etdiyini gördülər və özlərini Zelenskinin yerində təsəvvür etdilər. Buna görə də Avropa ciddi şəkildə ayıldı.

Avropa öz təhlükəsizliyini ABŞ olmadan təmin edə bilərmi? Tamamilə mümkündür. Axı, Avropada iki nüvə dövləti var – Böyük Britaniya və Fransa. Sənaye inkişaf edib, insan resursları böyükdür.

İndi tez-tez belə bir zarafat səslənir: 500 milyon avropalı, 350 milyon əhalisi olan ABŞ-dan onları 140 milyonluq ruslardan qorumağı xahiş edir. Diqqət! Reallıqda dünyanın ikinci ordusu iddiası ilə üst-üstə düşməyən, atlarla, eşşəklərlə, köhnə texnikalarla hücum edən ruslardan – bu, zarafat deyil, real faktlardır.

Əgər amerikalılar geri çəkilsələr, Avropa müstəqil şəkildə hərəkət edəcək. Bunun üçün bütün resurslara sahibdir.

Hər şey pulla ölçülmür. ABŞ tez-tez Avropanı kifayət qədər maliyyə ayırmamaqda və minnətdar olmamaqda ittiham edir. Amma reallıqda, təhlükəsizliyə xərclənən yüz milyardlarla avro və dollar bu dövlətlər üçün qəpik-quruşdur.

Hesab edirəm ki, danışıqlar zamanı ABŞ bu qədər sərt olmayacaq və özü-özünün ziyanına addım atmayacaq. Çünki bu, Amerikanın milli maraqlarına ziddir. Hansısa format tapılacaq. Amma əgər belə bir şey baş versə, bu, sadəcə ABŞ-ın super dövlət statusunu itirdiyi anlamına gələcək. Və nəticələr Amerika üçün dağıdıcı olacaq”, – bloqer əmindir.

O, Ağ Evdə baş verən qalmaqaldan sonra Ukraynanın yanında kim dayandığını xatırlamağı təklif edir.

“Avropadakı bütün müttəfiqlər. Macarıstan və Slovakiyanı çıxmaq şərtilə – çünki onların baş nazirləri Putinin əlaltılarıdır. Kanada və Avstraliya da Ukraynanı dəstəkləyir. Halbuki, Avstraliya tamamilə fərqli regionda – Sakit okean regionunda yerləşir.

Hazırda bütün dünya ABŞ-ın atacağı addımları gözləyir. Əgər amerikalılar rəsmi şəkildə müttəfiqlik öhdəliklərindən imtina etsələr, artıq heç kim ABŞ-a bel bağlamayacaq.

Bu situasiyada qazanan təkcə Rusiya deyil, daha çox Çin Xalq Respublikası olacaq.

Ukrayna və Qərb dünyası bu vəziyyətə effektiv cavab verə bilərmi?
Bəli, verə bilər. Bu, çətin olacaq, əlavə xərclər tələb edəcək, amma Ukrayna olub, var və olacaq. Avropa da heç yerə getməyəcək.

ABŞ Londondakı görüşdə iştirak etmədi. Amma Avropadakı ölkələrdən başqa Kanada, Türkiyə və digərləri orada idi. Türkiyə coğrafi baxımdan tamamilə Avropada olmasa da, bu məsələyə eyni prizma ilə baxır. Buna görə də, sülhməramlı kontingentin tərkibində Türkiyənin iştirakının müzakirə olunması təsadüfi deyil. Harada Türkiyə varsa, deməli, orada Azərbaycan da var. Ona görə də, xoş gəlmisiniz!

Ən pisi isə odur ki, Amerika hazırda real olaraq zəifləyən Rusiya faşist federasiyası qarşısında tərəddüd edir. Bu, olduqca iyrənc görüntü yaradır. Amma reallıqdır.

Lakin bu həmişə belə olmayacaq. Donald Tramp əbədi deyil və onun emosional qərarlar alıb geriyə addım atması da istisna deyil. Bunu hamı bilir”, – deyə Roman Tsımbalyuk fikirlərini tamamlayıb.

Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru