"Suriyada mövcud olan Al-Qaeda terrorçularının özək qrupu" "Qərbə qarşı kütləvi hücumlar" hazırlayır - Britaniya kəşfiyyatının rəhbərindən şok açıqlama
Tarix: 9-01-2015, 10:38 |
Çap et
Britaniya kəşfiyyatının rəhbəri deyir ki, Parisdə satirik jurnalın redaksiyasına hücum Avropanı üz-üzə qoyan terror hədəsinin "qorxunc şəkildə yada salır".
Mİ5 idarəsinin baş direktoru Andrew Parker yanvarın 8-də deyib ki, terror təhlükəsi xeyli artıb. Səbəb də Suriyadakı müharibə və oraya döyüşməyə gedən, ölkəyə "dəyişmiş ideologiya" ilə qayıdan Britaniya vətəndaşlarıdır.
Parker deyir ki, Suriyaya döyüşməyə 600 britaniyalı gedib. Onun sözlərinə görə, "Suriyada mövcud olan Al-Qaeda terrorçularının özək qrupu" "Qərbə qarşı kütləvi hücumlar" hazırlayır.
Parkerin fikrincə, İslam Dövləti (İD) qruplaşması Britaniyanı müxtəlif yollarla hədələyir, buraya britaniyalıları hücumlara təhrik etmək üçün sosial mediadan istifadə daxildir.
İdarə rəhbəri söyləyir ki, son 15 ayda Suriyada ekstremist qruplar tərəfindən 20-dək terror hücumu planının hazırlandığı qeydə alınıb.