Ankarada ermənipərəstlər meydan sulayır: aksiya var...
Tarix: 20-01-2015, 14:15 |
Çap et
Türkiyə polisi yanvarın 19-da Ankarada keçirilən nümayişi dağıdarkən gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Nümayişçilər əslən erməni olan türkiyəli jurnalist Hrant Dinkin qətlinin ədalətli araşdırılması tələb ediblər.
Həmçinin İstanbulda minlərlə adam eyni tələblə dinc nümayişə çıxıb.
52 yaşlı Hrant Dink 2007-ci il yanvarın 19-da öz ofisinin qarşısında güllələnib.
Onun qətlində şübhəli bilinən 17 yaşlı Ogun Samast 2011-ci ildə 23 il azadlıqdan məhrum edilib.
Təhlükəsizlik qüvvələrinin bu planı bilməsi, amma hərəkət etməməsi barədə məlumatlar ölkədə daha geniş etirazlara səbəb oldu.
Dink Ermənstanla Türkiyə arasında barışığa çalışırdı.
Ermənistan Osmanlı imperiyası dövründə 1 milyon yarım erməninin soyqırımına məruz qaldığını iddia edir.
Təbii ki, belə bir absurd iddia ilə çıxış edən Ermənistan özünü təcrid vəziyyətinə salıb.