Ukraynanın şərqində əsl müharibə gedir... - Berlində böhran görüşü olacaq
Tarix: 21-01-2015, 09:33 |
Çap et
Almaniya, Fransa, Rusiya və UKraynanın xarici işlər nazirləri yanvarın 21-də Ukraynanın şərqində böhranı, döyüşlərin yenidən intensivləşməsini müzakirə edəcəklər.
Berlin görüşündən bir gün öncə Ukrayna ordusu bildirib ki, Luqanskın şimal-qərbində mövqeləri Rusiya qüvvələri tərəfindən atəşə tutulub. Ordunun sözçüsü deyib ki, 400 nəfərdən ibarət iki batalyon taktiki qrupu Rusiyadan Ukraynaya keçib. Rusiya Müdafiə Nazirliyi isə bu ittihamı "tamamilə cəfəngiyat" adlandırıb.
Berlin görüşü ərəfəsində Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyib ki, döyüşlərin qızışması "təhlükəli vəziyyət" yaradıb.
Ötən həftəsonundan Donetsk aeroportuna nəzarət uğrunda ağır döyüşlər başlayıb.