Yeni kral da Rusiyaya qarşı "neft təzyiqi"nə davam dedi
Tarix: 31-01-2015, 10:21 |
Çap et
Şərhçilər bildirirlər ki, yeni Səudiyyə kralı Salmanın neft naziri Ali al-Naimini vəzifəsində saxlaması neft qiymətləri siyasətinin dəyişməyəcəyini göstərir.
Bu isə o deməkdir ki, Səudiyyə və OPEC-in Körfəzdən olan üzvləri Rusiya və başqa qeyri-OPEC ölkələrinin istədiyi kimi istehsalı ixtisar etməyəcək.
Xəbər verilir ki, əvvəllər Aramco şirkətində çalışmış 79 yaşlı nazir indiyədək neft qiymətlərinin üç enişi zamanı ölkə neft sənayesinin sükanı arxasında olub.