Krımdan Xəzərə qədər ərazidə hərbi təlimlər başladı - Ruslar meydan sulayır
Tarix: 3-02-2015, 09:56 |
Çap et
Rusiya Cənub Hərbi Dairəsinin radiasiya, kimyəvi və bioloji hissələri irimiqyaslı təlimlərə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Təlimlər Cənub Hərbi Dairəsinin 7 poliqonunda – Volqoqrad, Stavropol, Krasnodar vilayətlərində, Krım Respublikasında, Şimali Osetiya, Alaniya və Ermənistanda keçiriləcək.
Təlimlərə 1700 nəfərlik şəxsi heyət, 350 xüsusi hərbi texnika cəlb olunacaq.
Bundan başqa təlimlərə Qara dəniz və Xəzər dənizi donanmaları, 4-cü Hərbi Hava və Hava Hücumundan Müdafiə komandanlığı da qoşulacaq.