Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinin bəzi zərbələri mülki obyektlərə olur və bu insanlığa qarşı cinayət kimi tanına bilər. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə BMT TŞ-nın sanksiya komitəsinin illik hesabatında bildirilib.
Komitə üzvləri şuraya beynəlxalq hüquqların pozulması faktlarının araşdırılması üçün komissiya yaradılması məsələsinə baxmağı tövsiyə edib.
BMT-nin ekspertlər qruppu koalisiyanın beynəlxalq humanitar hüququ pozan 119 uçuşunu araşdırıb və belə qərara gəlib ki, bir çox aviazərbələr mülki obyektlərə edilib.
Ekspertlərin fikrincə, bəzi vaxtlar koalisiya tərəfindən hüquq pozulması genişmiqyaslı və sistemli şəkildə həyata keçdiyindən, bunu insanlığa qarşı cinayət hesab etmək olar.
Səudiyyə rejiminin missayısını BMT-də təmsil edən nümayəndələr bu informasiyaya şərh verməyiblər.