On minlərlə suriyalı Türkiyə sərhədinə sığınıb
Tarix: 6-02-2016, 10:35 |
Çap et
Hələb şəhərindən qaçan 20 min suriyalı Türkiyə sərhədinə sığınıb.
Bu haqda BMT-nin humanitar yardım rəsmilərindən olan Linda Tom məlumat verib.
Qaçqınlar Bab-el Selam sərhəd xəttinə yığışıb.
Bab-el Selam Türkiyənin Kilis bölgəsinin Öncepınar sərhəd məntəqəsinin Suriya tərəfində yerləşir.
Linda Tom humanitar yardım təşkilatlarını müharibəyə görə evlərini tərk etmiş adamlara kömək göstərməyə çağırıb: «Ancaq atışmalar Türkiyədən bu bölgələrə yardım çatdırılmasını çətinləşdirir».
Rusiya hərbi təyyarələrinin də dəstək verdiyi Suriya ordusu fevralın 1-dən Hələbin şimalına güclü zərbələr endirməyə başlayıb.
Türkiyənin baş naziri Ahmet Davutoğlu isə deyib ki, Hələbdən qaçan 60-70 min adam Türkiyə sərhədinə sığınıb.
İndiyə qədər Türkiyəyə 2 milyon yarım suriyalı qaçqın gəlib.