Suriyada İŞİD rəhbərlərindən biri və ən azı 47 terrorçu məhv edilib
Tarix: 12-02-2016, 09:56 |
Çap et
Suriya xalq müqavimət dəstəsi İŞİD-in İraqla sərhəddə yerləşən Əbu-Kemal şəhərindəki komanda məntəqəsinə hücum zamanı terror təşkilatının 22 üzvü və "Əbu Yaser" ləqəbli rəhbərini zərərsizləşdirib.
SalamNews-un RİA "Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Suriya hərbi mənbəsi məlumat verib.
Onun sözlərinə əsasən, çərşənbə günü Suriya hərbçiləri Deyr-əz-Zor şəhərində 25-dən çox İŞİD terrorçusunu zərərsizləşdiriblər. Bir neçə terrorçu dəstəsi Suriya ordusunun bütün əyalətdə başlıca dayağı olan Deyr-əz-Zor hərbi aerodromundan cənubdakı blok-postlara hücuma cəhd edib. Terrorçuların hücumu dəf edilərkən bir neçə pulemyotlu avtomobil və artilleriya toplu yük avtomobili məhv edilib.