Əsas Səhifə > Dünya > İran Macarıstana əməkdaşlıq təklif edir

İran Macarıstana əməkdaşlıq təklif edir


19-02-2016, 08:53
İran Macarıstana əməkdaşlıq təklif edir
İran Macarıstana təklif edib ki, kiçik nüvə reaktorunun hazırlanması layihəsində əməkdaşlıq etsinlər.

İranın baş nüvə rəsmisi Ali Akbar Salehi fevralın 18-də Budapeştdə keçirilən konfransda deyib ki, nüvə sazişində nəzərdə tutulduğu kimi, dinc nüvə fəaliyyətini davam etdirmək niyyətindədirlər.

Tehran ötən ilin iyulunda dünya gücləri ilə saziş imzalayıb. İrana sanksiyalar bu ilin yanvarında qaldırılıb.

Salehi-nin sözlərinə görə, Macarıstanla birgə layihə çərçivəsində, ilkin olaraq, 25 meqavatlıq reaktor hazırlana bilər.

Geri qayıt