Əsas Səhifə > Dünya > Rusiya müdafiə naziri Tehranda nələr danışıb

Rusiya müdafiə naziri Tehranda nələr danışıb


22-02-2016, 08:47
Rusiya müdafiə naziri Tehranda nələr danışıb
Fevralın 21-də Rusiyanın Müdafiə naziri Sergei Shoigu Tehrana səfər edib, İran Prezidenti Hassan Rohani və müdafiə naziri Hossein Dehghan ilə görüşüb.

İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Shoigu Rohani-yə Rusiya prezidenti Vladimir Putin-in mesajını çatdırıb. O, həmçinin “regionda sabitlik, eləcə də Suriyada atəşkəs üzrə danışıqlar prosesinə dair” ümumi məlumat verib.

Bundan öncə ABŞ Dövlət katibi John Kerry deyib ki, Suriyada “döyüşlərin dayandırılmasından ötrü” Rusiya ilə “müvəqqəti razılaşma” əldə olunub.

Rusiya və İran Suriya Prezidenti Bashar al-Assad-ı müdafiə edirlər.

Geri qayıt