Əsas Səhifə > Dünya > 3 Xəzər ölkəsi Gürcüstana qaz satmaq üçün qarşı-qarşıya

3 Xəzər ölkəsi Gürcüstana qaz satmaq üçün qarşı-qarşıya


23-02-2016, 08:31
3 Xəzər ölkəsi Gürcüstana qaz satmaq üçün qarşı-qarşıya
Azərbaycan, İran və Rusiyanın Gürcüstanı qazla təmin etmək marağı hər 3 ölkəni bir-birinə qarşı qoyub.

ANS PRESS-in məlumatına görə, neftin qiyməti düşdükcə Xəzər dənizi hövzəsinin qaz istehsalçıları arasında rəqabət də artıb.

Gürcüstan qış mövsümində təbii qaza olan ehtiyacını təmin etmək üçün Azərbaycanla danışıqlara getməyi nəzərdən keçirir.

Azərbaycan Gürcüstanın qaz təchizatının 90 faizini təmin edir. Rusiya isə, Ermənistana nəql etdiyi qaza görə Gürcüstana tranzit haqqı kimi qaz nəql edir. Bu isə, Gürcüstanın geri qalan 10 faizlik ehtiyacını ödəyir.

Gürcüstanın təbii qaz idxalında diversifikasiyaya getməsi regionda uzun-müddətli təsirə malik ola bilər.

Ölkənin enerji naziri Kaxa Kaladze isə, hökumətin bu dəyişikliyə gedə biləcəyini bildirib. “Azərbaycan bizim strateji tərəfdaşımız və dostumuzdur. Lakin Azərbaycan, Gürcüstan bazarında inhisarçı təşkilat kimi fəaliyyət göstərir. Bakının Gürcüstana əlavə qaz nəql etmək üçün texniki imkanları yoxdur.” - deyə Kaladze bildirib.

Gürcüstanın hazırda qaza olan ehtiyacı 2.5 milyon kub metr təşkil edir.

Bir müddət əvvəl Gürcüstanın energetika naziri Kaxa Kaladze Rusiyanın “Qazprom” şirkətinin nümayəndələri ilə gizli görüş keçirmişdi. Bu barədə gürcüstanlı eksperti Soso Tsiskarişvili xəbər yaymışdı.

Kaladze "Qazprom"un ixrac rəhbəri Yelena Burmistrova ilə qaz məsələsi barədə müzakirələr aparmaq üçün dekabrın 27-də gözlənilmədən İsveçrəyə gemişdi.

Tsiskarişvili, Gürcüstanın Azərbaycandan ixrac etdiyi "mavi yanacağ"ın 50%-ni Rusiya qazı ilə əvəz etmək niyyətində olduğunu bildirmişdi.

Kaladzenin İran və Rusiya ilə ilk gizli qaz danışıqları ötən ilin sentyabrında üzə çıxmışdı. Amma həmin vaxt heç bir tərəflə razılaşma əldə olunmamışdı.

Geri qayıt