Əsas Səhifə > Dünya > ABŞ: Türkiyə olmasaydı bacara bilməzdik

ABŞ: Türkiyə olmasaydı bacara bilməzdik


24-02-2016, 08:36
ABŞ: Türkiyə olmasaydı bacara bilməzdik
ABŞ prezidenti Barak Obamanın İŞİD terror qruplaşması ilə mübarizə üzrə xüsusi nümayəndəsi Brett MakQurk əldə olunan atəşkəsə riayət olunacağı təqdirdə Hələbdə zorakılıq hallarının azalacağını bildirib. ANS PRESS-in məlumatına görə, Ağ evdə keçirilən gündəlik brifinqdə MakQurk İŞİD-ə qarşı aparılan mübarizədən danışıb.

Hava əməliyyatlarının başladığı vaxtdan indiyə qədər qruplaşmanın həm Suriyada, həm də İraqda hərəkət qabiliyyətini itirdiyini deyən Brett MakQurk son günlərdə terror təşkilatının tərkibindəki silahlı sayında da azalma olduğunu bildirib.

MakQurk bildirib ki, 120 ölkədən İŞİD-ə qoşulan və sayları 35 minmdən çox olan əcnəbi döyüşçü sayı 25 minə qədər azalıb.

Təzyiq altında olan İŞİD silahlılarının aldıqları maaşda da yarıya qədər azalma olduğunu deyən ABŞ nümayəndəsi Türkiyə ilə sərhəddə 98 km məsafədə nəzarətin gücləndirilməsinin qruplaşmaya yeni döyüşçülər qoşulmasının qarşısını aldığını qeyd edib. MakQurk, sərhəddi bağlayaraq Türkiyənin çox doğru addım atdığını deyib.

İŞİD-ə qarşı mübarizədə Türkiyənin beynəlxalq koalisiyanın ən əhəmiyətli tərəfdaşı olduğunu deyən Ağ nümayəndəsi, “Türkiyə olmasaydı bacara bilməzdik” – deyə etiraf edib.

Hələb şəhərində mülki əhalinin bombardıman edilməsi barədə suala cavab verən MakQurk hazırda Suriyada atəşkəsə nail olmaq üçün intensiv səy göstərdiklərini deyib.

“Fəaliyyətimiz xüsusilə Hələbin şimal regionu istiqamətindədir. Çünki bu yer Nüsra cəbhəsinin və ya İŞİD-in nəzarətində olan bir yer deyildir. Burda mötədil müxalifət var. Atışmaların dayandırılması istiqamətində razılaşma əldə olunarsa və davam edərsə burada zorakılıq hallarının da azaldığını göprəcəyik.”

MakQurk bildirib ki, Rusiyanın hava əməliyyatları Hələb bölgəsində vəziyyəti daha da çıxılmaz vəziyyətə salıb. “Rejimlə birlikdə hərəkət edən ruslar Türkiyədən Hələbə gedən əsas dəstək koridorunu vurublar. Ruslar silah koridorunu bağladıqlarını dedilər, amma bu əslində humanitar koridor idi və həmin ərazilərdə həqiqi böhrana səbəb oldu.”

Geri qayıt