Əsas Səhifə > Dünya > İran neft təklifini “gülünc” adlandırır

İran neft təklifini “gülünc” adlandırır


24-02-2016, 08:41
İran neft təklifini “gülünc” adlandırır
İranın neft naziri Bijan Namdar Zanganeh Rusiya və OPEC-in 3 üzvünün neft hasilatını dondurmaq təklifini “gülünc” adlandırıb.

Zanganeh fevralın 23-də bildirib ki, Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətərin hasilatı yanvar səviyyəsində dondurmaq təklifi İran üzərinə “qeyri-real tələblər” qoyur.

Bu ölkələr neftin qiymətinin 40 faizlik düşüşünü önləmək istəyirlər. Tehran isə ötən ay beynəlxalq sanksiyalar qaldırılandan sonra hasilatı günə 1 milyon barel artırmağı planlaşdırır.

“Bəzi qonşu ölkələr illər boyu hasilatı günə 10 milyon barrel artırıb və indi də deyirlər ki, “gəlin, hasilatı donduraq”. Onlar günə 10 milyon barrel, biz isə 1 milyon barrel səviyyəsində dondurmalıyıq”, Zanganeh deyib.

Geri qayıt