Əsas Səhifə > Dünya > Suriyada çox sayda rus generalı öldürüldü
Suriyada çox sayda rus generalı öldürüldü25-02-2016, 08:17 |
Suriyanın Latakiya şəhərində çox sayda rus generalı öldürülüb. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib. Suriyada “Əhrar əş-Şam” qruplaşmasının Latakiya şəhərində təşkil etdiyi hücum nəticəsində xeyli sayda rus generalın öldüyü iddia olunur. “Əhrar əş-Şam” qruplaşması Latakiya şəhəri yaxınlığında Sonovber Cibli bölgəsində avtomobilə bomba qoyaraq rus hərbçilərin yerləşdiyi ərazidə partlatdıb. Təşkilatın internet saytında onların buna iki həftə hazırlıq keçdiyi qeyd olunur. “Əhrar əş-Şam” qruplaşması qabaqcadan planlaşdırdığı bomba yüklü avtomobili Latakiya şəhərindən 15 kilometr məsafədə yerləşən Rusiya hərbçilərinin ən əhəmiyyətli hərbi mərkəzlərdən biri olan Sonovber Cibli bölgəsinə salıb. Partlayış rus generallarının olduğu önəmli yığıncaq zamanı baş verdiyindən hadisə zamanı çox sayda rus generalın öldüyü və yaralandığı iddia edilir. Suriyanın şimal-qərbində yerləşən Latakiya şəhəri Rusiya qüvvələrinin ən çox olduğu ərazi sayılır. Bəşər Əsəd rejimi Rusiyadan aldığı dəstəklə keçən 2 ay içərisində bölgədə xeyli irəliləmə əldə etmişdi. Rusiya və Suriya tərəfi hücumla bağlı hələlik heç bir məlumat yaymayıb. Qeyd edək ki, Rusiyanın Suriyada ən strateji nöqtəsi “Hmeymim” aviabazası da Latakiya əyalətində yerləşir. Aviabaza bir neçə dəfə müxalif “Əhrar əş-Şam” qruplaşması tərəfindən atəşə tutulub. İŞİD və Suriyadakı digər müxalif qrupların hərbi obyektlərinə zərbələr endirən rus təyyarələri “Hmeymim” aerodromundan havaya qalxır. Rus ordusunun ən son model bombardmançı təyyarəsi Su-34, həmçinin modernləşdirilmiş Su-24M bombardmançısı, Su-25 qırıcısı və digər hərbi texnikası bu bazada qərarlaşıb. Analoji hadisə fevral ayında Suriyanın Türkiyə sərhədində yerləşən Türkməndağı bölgəsində baş verib. Rusiya və Bəşər Əsəd rejiminin generallarının keçirdiyi toplantıya hücum zamanı Rusiya ordusunun generalları öldürülüb. Belə ki, generallar axşam saatlarında baş tutan toplantıda bölgədə həyata keçirilən hücumların son vəziyyəti və yeni planlar barədə müzakirələr apararkən basqına məruz qalıblar. Duveyrik və Selma bölgələri arasında olan məkanda keçirilən toplantıya yüksək rütbəli generallar qatılıb. Müxalif qüvvələrin etdiyi basqında 4-ü rus, 4-ü rejim generalı və 15 əsgər öldürülüb. Ölən rus generallardan birinin Türkməndağındakı hücumları koordinasiya edən, "Yuri" ləqəbli general-leytenent olduğu bildirilir. Digər rus hərbçilərin isə general-mayor olduğu müəyyən edilib.Basqın zamanı öldürülən rejim generallarının dördünün də rütbəsi general-mayordur. Geri qayıt |