Əsas Səhifə > Dünya > ATƏT-dən Ukrayna çağırışı

ATƏT-dən Ukrayna çağırışı


1-03-2016, 09:32
ATƏT-dən Ukrayna çağırışı
ATƏT Ukraynanın şərqində davamlı atəşkəs pozuntularından “dərin narahatlıq” keçirdiyini bildirir.

BMT-nin Təhlükəsizlik Şurasında ATƏT sədri kimi çıxış edən Almaniyanın Xarici işlər naziri Frank-Walter Steinmeier Kiyevlə Moskvanı “öhdəliklərinə əməl etməyə”, bir il öncə imzalanmış Minsk sülh sazişinin şərtlərini yerinə yetirməyə çağırıb.

Steinmeier deyib ki, bu sazişin icrası Ukraynada yeganə siyasi həll yoludur.

Onun sözlərincə, Fransa, Almaniya, Rusiya və Ukraynanın xarici işlər nazirləri martın 3-də Parisdə görüşəcək, Ukraynanın şərqində təhlükəsizlik durumu və yeni seçki qanunuyla bağlı irəliləyiş əldə etməyə çalışacaq.

2014-cü ilin aprelindən burada rusiyapərəst separatçılarla hökumət qüvvələrinin döyüşləri nəticəsində 9 mindən çox insan həlak olub.

Geri qayıt