Əsas Səhifə > Dünya > Rusiya Palmiranın terrorçulardan azad edilməsinin videosunu yaydı

Rusiya Palmiranın terrorçulardan azad edilməsinin videosunu yaydı


1-04-2016, 09:40
Rusiya Palmiranın terrorçulardan azad edilməsinin videosunu yaydı
Rusiyanın Müdafiə Nazirliyi Suriyanın Palmira rayonunda İŞİD qüvvələrinin obyektlərinin məhv edilməsi ilə bağlı videokadrlar yayıb. ANS PRESS-in məlumatına görə, baş qərargahdan bildirilib ki, Rusiya aviasiyasının fəaliyyət zamanı Palmirada heç bir tarixi abidəyə ziyan dəyməyib. Bütün zərbələr ancaq silahlıların mövqelərinə dəyib.

Videoyazıda terrorçuların zirehli tank əleyhinə idarə olunan raketlərinin Rusiyanın "Мi-28" helikopteri ilə məhv edilməsi göstərilir. Bundan başqa, videoda hava zərbələrinin rayonun şimal-qərbində yerləşən terrorçuların binası, silah-sursat anbarının məhvi də nümayiş olunur.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah idarəsinin rəisi general-leytenant Sergey Rudskoy bildirib ki, martın 7-dən 27-dək Rusiya aviasiyası Palmira rayonunda təxminən 500 döyüş uçuşları yerinə yetirib.

Nəhayət martın 27-də Suriya ordusu təxminən bir ildir ki, İŞİD terror təşkilatı tərəfindən tutulan Palmira şəhərini terrorçulardan tamamilə azad edib. Hökumət qüvvələri tərəfindən verilən açıqlamada tarixi şəhər hesab edilən Palmiranın geri alındığı və terror təşkilatı üzvlərinin geri çəkildiyi bildirilib: “Bölgədə gecə boyu şiddətli döyüşlər davam edib və Suriya ordusu Palmira ilə yanaşı ətraf tarixi yerləri də azad edib”, - deyə hökumətdəki mənbə qeyd edib.



Geri qayıt