Əsas Səhifə > Dünya > Ukrayna qırıcıları Su-35-ə müqavimət göstərə bilməz
Ukrayna qırıcıları Su-35-ə müqavimət göstərə bilməz15-11-2021, 09:11 |
Ukraynanın kiçik və köhnəlmiş aviasiya qırıcıları - MiQ-29, Su-24, Su-25 və Su-27 açıq münaqişə vəziyyətində Rusiyaya uğurla müqavimət göstərə bilməyəcək. Axar.az xəbər verir ki, bu barədə "Nəşnl İnterest" jurnalında dərc edilən analitik məqalədə bildirilib. Qeyd olunub ki, Krımda yerləşən S-400 raketdən müdafiə sistemi Ukraynanın şərqində və mərkəzində yerləşən hərbi obyektlər üçün ciddi təhlükə yaradır. Güclü radar sistemi və müxtəlif çeşidli raketlərlə təchiz edilən S-400 400 kilometrə qədər məsafədə idarə olunan təyyarələri, pilotsuz uçuş aparatlarını, qanadlı və ballistik raketləri hədəfə ala bilir. Məqalədə Rusiya Hərbi Hava Qüvvələrində olan “nəhəng qırıcı” Su-35S xüsusi qeyd edilir. Bu qırıcı Kiyevdə xidmətdə olan MiQ-29, Su-24, Su-25 və Su-27-dən açıq-aydın üstündür və geniş raket silsiləsi sayəsində Ukraynanın əsas hərbi hədəflərinə dağıdıcı dəqiqliklə yerüstü zərbələr endirməyə qadirdir. Geri qayıt |