Əsas Səhifə > Dünya > İrəvanda Simonyanın yaratdığı gərginlik davam edir

İrəvanda Simonyanın yaratdığı gərginlik davam edir


14-12-2021, 08:17
İrəvanda Simonyanın yaratdığı gərginlik davam edir
DİA.AZ: - Azərbaycanda saxlanan erməni əsirlər barədə Ermənistan rəsmilərinin siyasi bəyanatları əsirlərin vətənə qaytarılması prosesini təsirləndirə bilər.

DİA.AZ-ın məlumatına görə, AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu Ermənistanı iki nüfuizlu beynəlxalq məhkəmədə təmsil edən Yegişe Kirakosyan deyib.

Bu barədə suala cavab verərkən hüquqşünas deyib:

“Ümumiyyətlə təsir ən müxtəlif səviyyələrdə ola bilər. Buna baxmayaraq biz öz işimizi davam etdiririk”.

Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) və BMT beynəlxalq məhkəməsində nümayəndəsi Kirakosyan jurnalistlərin suallarına cavab verirdi.

Suallardan biri də Ermənistan Milli Məclisi spikerinin gizli çəkilmiş və bu yaxınlarda yayılmış videosuna aid idi.

Milli Məclisin spikeri Alen Simonyan xarici səfərlərindən biri zamanı şəxsi söhbətində demişdi ki, bu əsirlər silahını atıb qaçan insanlardır və onlar onu narahat etmirlər.

Belə görünürdü ki, Simonyan noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalarda əsir düşənləri nəzərdə tuturdu.

Kirakosyan isə Ermənistana qaytarılmış əsirlərə qarşı cinayət işinin qaldırılması və onların həbs edilməsi məsələsinə toxunub. Hərçənd o bildirib ki, bu cinayət işləri onun fəaliyyətinə elə bir maneçilik yaratmır:

“Cinayət-hüquq prosesləri bizim fəaliyyətimizdən asılı olamayaraq baş verir. Mən hesab edirəm ki, cinayət işinin açılmasına müəyyən əsaslar olduğu halda bu işlər açılmalıdır. Biz bütün hallarda öz işimizi davam etdiririk”.

Yegişe Kirakosyan Haaqa məhkəməsinin ötən həftənin əvvəllərində qəbul etdiyi qərarı erməni tərəfinin qələbəsi adlandırıb. Onun sözlərinə görə erməni tərəfininin vəsatətləri əksərən təmin edilib.

Azatutyun yazır ki, Ermənistanın tələblərindən biri də erməni əsirlərin repatriasiyası idi, lakin Beynəlxalıq Ədalət Məhkəməsi bu vəsatəti təmin etməyib.

Məhkəmə bildirib ki, erməni tərəfi bu şəxslərin Azərbaycanda yalnız erməni olduqlarına görə saxlandıqlarını isbat edə bilməyib.

Kirakosyan Haaqa məhkəməsi qərarının bu hissəsini ədalətli hesab etmədiyini bildirib.

Azərbaycan XİN-in verdiyi bəyanatda Beynəlxalq Ədalət Məhkəməsinin qərarından razılıq bildirilirdi.

Geri qayıt