Əsas Səhifə > Dünya > Keçmiş polis mayorundan �?Putin qatildir’ plakatı

Keçmiş polis mayorundan �?Putin qatildir’ plakatı


20-12-2021, 10:13
Keçmiş polis mayorundan ?Putin qatildir’ plakatı
DİA.AZ: - İstefada olan polis mayoru Oleq Kaşintsev saxlanıb Moskvada Qırmızı meydanda. O, meydana üstündə “Navalnıya azadlıq. Putin is killer” (“Putin qatildir”) sözləri yazılmış plakatla çıxıb.

DİA.AZ xəbər verir ki, polis geyimində olan Kaşintsev bir neçə dəqiqə plakatla dayanandan sonra keçmiş həmkarları onu polis bölməsinə aparıb.

Saxlanan şəxs piket keçirmək qaydalarını pozmaqda, hüquq-mühafizə orqanlarının simvolikası olan formanı qanunsuz daşımaqda ittiham olunub. Protokol tərtib olunub, Kaşintsev məhkəməyə qədər bölmədən buraxılıb.

Oleq Kaşintsev hüquq-mühafizə orqanlarında 18 il işləyib, onun 14 ilini cinayət axtarış şöbəsində çalışıb. O, 2019-cu ildə mayor dərəcəsi ilə Daxili İşlər Nazirliyindən ayrılıb, hakimiyyətin müxalifətə münasibətilə ilə razılaşmadığını səbəb göstərib. Kaşintsev müxalifətçi Aleksey Navalnıya dəstək aksiyalarına qatılıb, birində saxlanıb.

Navalnı ötən ilin avqustunda Rusiya ərazisində zəhərlənib. O, uzun müddət Almaniyada müalicə alıb. Avropanın bir neçə laboratoriyası onun orqanizmində Noviçok zəhərli qazının izlərini aşkarlayıb. Rusiyada istehsal olunan bu maddə kimyəvi silahların qadağanı üzrə beynəlxalq təşkilat tərəfindən yasaqlanıb.

Müstəqil təhqiqat qrupları Navalnının FSB xüsusi xidmət əməkdaşları tərəfindən zəhərlənməsi qənaətinə gəlib. Müxalifətçi zəhərlənməsinin arxasında Rusiya Prezidenti Vladimir Putinin durduğunu deyir. Kreml isə bu insidentlə hər hansı əlaqəsini təkzib edir.

Geri qayıt