Əsas Səhifə > Dünya > Türk lirəsi QURTULDUMU?
Türk lirəsi QURTULDUMU?21-12-2021, 09:52 |
DİA.AZ: - "Bu gün türk lirəsinin başına gələnlər 1992 ci ilin sentyabrında ingilis funt sterlinginin başına gəlib. Həmin gün ingilis tarixinə "qara çərşənbə" kimi düşüb. Sentyabrın 16da ingilis hökuməti funt sterlingi qorumaq üçün bank faizlərini 10 faizdən 15 faizə qaldırsa da, milyarder Soros funt sterlingin dəyərdən düşməsi üçün milyardlarla funt sterling satdı. İngilis funtu 10 faiz dəyərdən düşdükdən bir neçə saat sonra hökumət bank faizlərini yenidən 10 faizə salmağa məcbur oldu. Elə bu addımla funt sterling sürətlə dəyər itirməklə dollara nisbətdə 25 faiz dəyər itirdi". DİA.AZ bildirir ki, bunu ekspert Elxan Həsənli açıqlamasında qeyd edir. Elxan Həsənli Ekspert daha sonra bildirir: "İngiltərədə yaranmış maliyyə böhranı hökuməti məcbur etdi ki, Avropa maliyyə sistemindən çıxsın. Ancaq İngiltərə Funt Sterlingi həmin vaxtdan "təhlükəsiz valyuta" imicini itirdi, London maliyyə mərkəzi yarışmasında Sürixdən geri qaldı. "Qara Çərşənbə"dən milyardlar qazanan Corc Soros bu gün də İngiltərədə ən çox nifrət olunan şəxs sayılır. "İngilis Bankını soymuş adamın qazancı 15-20 milyard funt sterlinq arasında olduğu təxmin olunur. İngilislər də elə bu qədər pul itiriblər. Bu hadisədən sonra Meycor hökuməti nüfuzdan düşdü, növbəti seçkilərdə Toni Bleyer asanlıqla iş başına gəldi. Bu gün Türkiyədə baş verənlər də eyni dalğa, eyni koordinatdı. Sadəcə Ərdoğan Meycorun etdiyinin əksini etdi. Maliyə spekulyantları Ərdoğanı qərarından geri durmağa, yəni bank faizlərini salmaq qərarını dəyişməyə məcbur etmək istəyirdilər. Bu addım atılsaydı, Türk lirəsini heç kim xilas edə bilməzdi. Ancaq Ərdoğan "vabank" gedişilə maliyyə spekulyantlarını yenə bildi, türk lirəsinin dəyərdən düşməsi durduruldu. Hökumət dolları eksport şirkətlərinə neçəyə satacaqsa, dolların kursu da o civarda duracaq. Bu yolla türk lirəsi demək olar ki, xilas edilib. Ancaq bu addımın hökumətə neçəyə başa gəldiyini az sonra biləcəyik". Geri qayıt |