Əsas Səhifə > Dünya > Cənubi Koreya hökuməti keçmiş prezidenti əfv edib
Cənubi Koreya hökuməti keçmiş prezidenti əfv edib24-12-2021, 09:12 |
DİA.AZ: - Cənubi Koreya hökuməti keçmiş prezident Park Geun-hyeni əfv edib. O, rüşvətxorluq və korrupsiya ittihamları ilə uzunmüddətli həbs cəzası çəkirdi. DİA.AZ xəbər verir ki, Ədliyyə Nazirliyinin dekabrın 24-də açıqladığı xüsusi amnistiya siyahısında Parkın da adı var. “Xoşagəlməz keçmiş tarixi kənara qoyaraq, xalqın birliyini anlayaraq, gələcəyə doğru yeni addım şansı vermək naminə keçmiş prezident Parkın adını siyahıya salmışıq”, – Ədliyyə naziri Park Beom-kye brifinqdə deyib. Əsas müxalifət partiyası olan Xalqın Gücü-nün tərəfdarları və siyasətçilər marta planlaşdırılan prezident seçkisi öncəsi Parkın əfvinə çağırırdılar. Mərhum avtoritar prezident Park Çunq-hinin qızı olan 69 yaşlı Park 2012-ci ildə, atasını qəhrəman hesab edən mühafizəkarların dəstəyi ilə prezident seçilib. O, Cənubi Koreyanın ilk qadın prezidenti olub. Amma dörd il içində vəzifədən kənarlaşdırılan ilk prezident titulunu da qazanıb. 2017-ci ildə korrupsiyada təqsirli bilinən Park rüşvətxorluq və hakimiyyətdən sui-istifadəyə görə 20 il, seçki qanunu pozuntularına görəsə daha iki il həbsə məhkum edilib. Bu qalmaqal aylarla çəkən kütləvi küçə etirazlarına yol açıb. Ölkədə böyük bizneslərlə siyasətin gizli əlaqələrinə işıq salıb. Park yaxın həmkarıyla birlikdə, Samsung Electronics daxil konqlomeratlardan rüşvət almaqda, əvəzində onlara imtiyazlar verməkdə ittiham olunub. Geri qayıt |