Əsas Səhifə > Dünya > Hər 20 londonludan 1-i koronavirusa yoluxub
Hər 20 londonludan 1-i koronavirusa yoluxub25-12-2021, 08:43 |
DİA.AZ: - Dekabrın 24-də Briyaniyada COVID-19-a daha bir yoluxma rekordu qeydə alınıb. Ekspertlər bunu koronavirusun yeni variantı – Omikronun sürətlə yayılması ilə izah edirlər. DİA.AZ xəbər verir ki, Omikron Cənubi Afrikada aşkar edildikdən iki-üç həftə sonra artıq Britaniyada dominant ştamma çevrilib. Reuters yazır ki, Omikrona yoluxmalar xüsusilə son 7 gündə sıçrayışla artıb. Ekspertlərin təxminlərinə görə artıq dekabrın 16-da hər 20 londonludan 1-i bu ştamma yoluxmuşdu. Bu şənbə günü – dekabrın 25-də artıq hər 10 londonludan birinin yoluxmuş olacağı gözlənilir. Bu da xəbər verilir ki, bir çox sənaye sahələrində və nəqliyyatda işçi çatışmazlığı böhranlı vəziyyət yaradıb. Britaniya xəstəxanaları da reanimasiya otaqlarının və çarpayıların çatışmazlığı yarana biləcəyindən narahatdırlar. Reuters yazır ki, baş nazir Boris Conson bütün hallarda epidemioloji baxımdan bu Milad bayramında vəziyyətin keçənilki bayramla müqayisədə nəzərərçarpacaq dərəcədə yaxşı olduğunu deməklə xeyli siyasi kapital toplaya bilib. O Milad bayramında, ondan əvvəlki və sonrakı günlərdə heç bir karantin məhdudiyyətinin tətbiq edilməyəcəyini bildirib. Conson bununla yanaşı deyib ki, Omikronun təhlükəlilik dərəcəsi hələ tam müəyyən edilməyib. Hökumət mənbələri dekabrın 24-də koronavirusa 122 min 186 yeni yoluxma qeydə alındığını bildirib. Dekabrın 23-də bu rəqəm 119 min 789 idi. Beləliklə dalbadal üçüncü gündür ki, Britaniyada COVID-19-a yoluxanların sayı günə 100 mindən yüksəkdir. Omikrona dair son tədqiqatlar bu ştammın daha az hospitalizasiyaya səbəb olmasını müəyyənləşdirsə də, səhiyyə rəsmiləri ehtiyatlı tərpənməyi tövsiyə edirlər. Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin rəhbəri Ceni Haris deyib ki, Omikronun zəifliyi Milad ərəfəsində “ümid qığılcımı” olsa da, hələlik təhlükə dərəcəsinin azaldılması üçün çox erkəndir. Xanım Haris deyib ki, indi başlıca vəzifə Omikronun daha yüngül xəstəlik yaratması ilə onun daha böyük yoluxuculuğa malik olması arasındakı balansı nəzarətdə saxlamaqdır. Hökumət dekabrın 24-də yoluxmanın 28 günü ərzində 137 COVID ölümünün qeydə alındığını bildirib. Bu, bir gün əvvəl qeydə alınmış 147 ölümdən azdır. Beləliklə bütün Britaniya üzrə pandemiyanın əvvəlindən bəri 147 min 857 nəfər koronavirusa yoluxmadan vəfat ediib. Bu, bütün Avropada ən yüksək göstəricidir. Dövlət Statistika idarəsi bildirir ki, İngiltərədə hər 35 nəfərdən biri COVID-19-a yoluxub. Bu, 1.54 milyon nəfər deməkdir. Dekabrın 26-da yoluxanların hər 25 nəfərdən 1-ə çatacağı gözlənilir. Belə olarsa, aktiv xəstə sayı 2 milyona yüksələcək. Geri qayıt |