Əsas Səhifə > Dünya > Pentaqon Ukraynaya sürətli kəşfiyyat məlumatları vermək mexanizmi üzərində işləyir
Pentaqon Ukraynaya sürətli kəşfiyyat məlumatları vermək mexanizmi üzərində işləyir25-12-2021, 12:27 |
DİA.AZ: - Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyi Ukraynanı Rusiyanın mümkün işğalına daha tez cavab verməyə kömək edəcək kəşfiyyat məlumatları ilə təmin etmək planı üzərində işləyir. DİA.AZ xəbər verir ki, bu barədə yüksək səviyyəli mənbələrə istinadən "The New York Times" məlumat yayıb. Məlumatı verən mənbələrin fikirincə sözügedən planı prezident Co Bayden təsdiqləsə, bu, şübhəsiz ki, Rusiyanı qəzəbləndirəcək. Pentaqon rəsmilərindən ibarət kiçik bir qrupun bu yaxınlarda ölkənin hava hücumundan müdafiə ehtiyaclarını qiymətləndirmək üçün Ukraynaya səfər etdiyi barədə məlumatlar da var . Bu məlumatı Pentaqonun sözçüsü Con Kirbi təkzib etməyib. Amerikanın Səsi xatırladır ki, ABŞ artıq Ukraynanı “Javelin” tank əleyhinə idarə olunan raketlərlə təchiz edir. Lakin New York Times-ın qeyd etdiyi kimi, Pentaqonun kəşfiyyatı məlumatları ötürmək təklifi potensial olaraq daha əhəmiyyətlidir. Beləki məlumata Rusiya qoşunlarının hərəkətini göstərən və onların sərhədi keçmək niyyətində olub-olmadığını müəyyən etməyə imkan verən görüntülər daxil ediləcək. Yazıda qeyd edilir ki, Bayden administrasiyası Ukrayna hökuməti üçün real vaxtda məlumatlılığın nə qədər vacib olduğunu dərk edir. Mənbələrdən birinin qəzetə bildirdiyinə görə, ABŞ kəşfiyyat agentlikləri artıq Kiyevə Rusiyanın güclənməsindən əvvəl olduğundan daha çox material əldə etmək imkanı verir. Həftənin əvvəlində “The New York Times” ABŞ və Böyük Britaniyadan Kiyevə qarşı Rusiyadan ola biləcək potensial kiberhücumların qarşısını almaq üçün “sakit şəkildə” Ukraynaya ekspertlər göndərilib. ABŞ və Qərb ölkələri Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını güman edirlər. Amerika kəşfiyyatının məlumatına görə, Rusiya Ukrayna ilə sərhəd yaxınlığında 100 minə yaxın hərbçi yerləşdirilib. Moskva isə Ukrayna ərazisinə müdaxilə ehtimalı edilən bu məlumatları təkzib edir. Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Moskva Kiyevin NATO-ya çox yaxınlaşmasından ehtiyat edərək müdafiəyə qalxır. Dekabrın əvvəlində Vladimir Putin və Co Bayden arasında danışıqlar aparılıb və bu danışıqlar zamanı Bayden Rusiya prezidentinə hərbi əməliyyatlar baş verəcəyi təqdirdə Moskvaya qarşı sanksiyalar barədə xəbərdarlıq edib. Putin isə cavab olaraq bildirib ki, NATO-nun Ukrayna hesabına genişlənməsi qəbuledilməzdir. NATO rəhbərliyi isə bildirir yeni ölkələrin Şimali Atlantika Alyansına qoşulmasına Rusiyanın veto qoymaq hüququ yoxdur. Geri qayıt |