Əsas Səhifə > Dünya > Ermənistan dəmiryol tikintisinin hazırlığına başlayır

Ermənistan dəmiryol tikintisinin hazırlığına başlayır


30-12-2021, 07:58
Ermənistan dəmiryol tikintisinin hazırlığına başlayır
DİA.AZ: - Ermənistanda Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun Megri hissəsinin tikintisinə hazırlıq işləri başlanıb. DİA.AZ-ın məlumatına görə, AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, bu barədə məlumatı baş nazir Nikol Paşinyan Sünik məsələləri üzrə idarələrarası işçi qrupun iclasında verib.

Bundan əvvəl baş nazirin müavini Mher Qriqoryan demişdi ki, 45 kilometrlik dəmiryolun tikintisi təxminən 200 milyon dollara başa gələcək və yol üç ildən sonra istifadəyə veriləcək.

Lakin o dəmiryolun Ermənistan sektorunun tikintisinə nə vaxt başlanacağını deməmişdi.

Dekabrın 29-da keçirilən iclasda Paşinyan vurğulayıb ki, regional kommunikasiyaların açılması Sünik vilayətinin inkişaf etdirilməsinin əhəmiyyətli faktoru sayılır.

Baş nazir əlavə edib ki, bu işdə müəyyən problem və təhlükələr, amma həm də böyük imkanlar var:

“Biz gərək ürəkdən və səbirlə işləyək ki, təhlükələri idarə edə, imkanları yarada, Ermənistan Respublikasının, o cümlədən Sünik vilayətinin gələcək inkişafına xidmət edə bilək”.

O habelə əlavə edib ki, vilayətdə alternativ yolların tikintisi tam sürətlə davam etdirilir.

Şimal-Cənub layihəsinin icrası məsələsinə toxunan Paşinyan deyib ki, hazırda Sisian-Qacaran və Qacaran-Əkərək sahələrinin tikintisi üzərində fəal iş aparılır.

TASS xəbər agentliyi yazır ki, Ermənistan və Azərbaycanı birləşdirəcək Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikilməsi barədə razılaşmanı Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan dekabrın 15-də Brüsseldə keçirilən görüşdə təsdiqləyiblər.

Paşinyan bildirmişdi ki, bu razılaşma Azərbaycan-Ermənistan-Rusiya baş nazir müavinlərinin üçtərəfli işçi qrupunda əldə olunub.

Geri qayıt