Əsas Səhifə > Dünya > Almaniyada 6 atom elektrik stansiyasından üçünün fəaliyyəti dayandırılıb
Almaniyada 6 atom elektrik stansiyasından üçünün fəaliyyəti dayandırılıb1-01-2022, 12:05 |
DİA.AZ: - Dekabrın 31-də Almaniyada 3 atom elektrik stansiyası (AES) bağlanıb. Bununla ölkədə nüvə enerjisi ilə işləyən elektrik stansiyalarının sayı 3-ə endirilib. DİA.AZ-ın AFR-ə istinadən məlumatına görə, Almaniya bununla öz öhdəliklərini yerinə yetirməkdə davam edir. Atom enerjisindən imtina qərarını Almaniya 2011-ci il martın 11-də Yaponiyanın “Fukusima” atom elektrik stansiyasında baş vermiş böyük qəzadan sonra qəbul edib. Həmin vaxt Yaponiyada zəlzələ və sunami nəticəsində dörd reaktor sıradan çıxıb. Söndürülən enerji bloklarının ümumi gücü 4 QVt/saat təşkil edib. Həcm baxımından bu, min külək elektrik stansiyasının hasilatına uyğundur. Son üç atom elektrik stansiyasının istismardan çıxarılması 2022-ci ilin sonuna planlaşdırılır. Onların da ümumi gücü 4 QVt/saatdir. Yaponiyada atom elektrik stansiyası qəzasından əvvəl Almaniya elektrik enerjisinin təxminən dörddə birini nüvə yanacağından istehsal edirdi. Bu, ABŞ-ın payına bərabərdir. Almaniyanın yeni iqtisadiyyat naziri Robert Habek, nüvə enerjisinin 2020-ci ildə ölkənin elektrik enerjisinə olan ehtiyacının 11%-ni təmin etdiyini söyləyib. Geri qayıt |