Əsas Səhifə > Dünya > Qazaxstanda TURANÇI MƏMURLARA qarşı REPRESSİYA BAŞLADI

Qazaxstanda TURANÇI MƏMURLARA qarşı REPRESSİYA BAŞLADI


8-01-2022, 09:40
Qazaxstanda TURANÇI MƏMURLARA qarşı REPRESSİYA BAŞLADI
DİA.AZ: - Əslində rus qoşunlarının işğalı altında olan Qazaxstanda gözlənilən siyasi repressiyalara start verilib. DİA.AZ xəbər verir ki, bu barədə qazax KİV-ləri məlumat yayıb.

Xəbərlərdən aydın olur ki, prezident Tokayevin birbaşa göstərişi ilə artıq onlarla yerli məmura qarşı cinayət işi açılıb.

Bu arada isə səs-küylü bir həbs də həyata keçirilib.

DİA.AZ-ın məlumatına görə, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb.

Ona qarşı isə dövlətə xəyanət ittihamı irəli sürülüb.

Qeyd edək ki, K.Məsimov yanvarın 5-də vəzifəsindən kənarlaşdırılmışdı.

Hər halda görünəni də odur ki, Qazaxstanı satan Tokayev hakimiyyəti naminə istənilən addımı atmağa hazırdır.

Qeyd edək ki, K.Məsimovu Azərbaycan və Türkiyə hakimiyyətində də yaxşı tanıyırdılar və onun TURAN BİRLİYİ quruculuğunda aparıcı fiqurlardan biri olduğu söylənilir.

Geri qayıt