Əsas Səhifə > Dünya > Cənubi Koreya dondurulmuş İran neft pullarından Tehranın BMT-yə borcunu ödəyib
Cənubi Koreya dondurulmuş İran neft pullarından Tehranın BMT-yə borcunu ödəyib24-01-2022, 07:51 |
DİA.AZ: - Cənubi Koreya yanvarın 23-də bildirib ki, ölkəsində dondurulmuş İran aktivlərinin 18 milyon dollarından istifadə edərək Tehranın BMT-yə haqqını ödəyib. Bildirilir ki, ödəniş yanvarın 21-də İranın ABŞ-a “fövqəladə müraciət” etməsindən sonra ABŞ və BMT ilə əməkdaşlıq çərçivəsində edilib. DİA.AZ xəbər verir ki, bu barədə Cənubi Koreya Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ABŞ-ın sanksiyaları səbəbindən İranın Cənubi Koreyanın iki bankında neft daşımalarından əldə etdiyi 7 milyard dollardan çox vəsaiti var. Nazirlik bildirib ki, bu ödənişdən sonra İranın BMT Baş Assambleyasında səsvermə hüququnun dərhal bərpa ediləcəyi gözlənilir. ABŞ-ın Tehranla dünya gücləri arasında 2015-ci ildə imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxmasına və sarsıdıcı sanksiyaları yenidən tətbiq etməsinə qədər İran Cənubi Koreyanın Yaxın Şərqdə üçüncü ən böyük ticarət tərəfdaşı olub. BMT yanvarın əvvəlində Baş Assambleyada İranın səsvermə hüququnu dayandırarkən ödənilməmiş rüsumları əsas gətirib. Geri qayıt |