Əsas Səhifə > Dünya > Talibanla görüşdə �?real tələblər’ qoyulub

Talibanla görüşdə �?real tələblər’ qoyulub


26-01-2022, 10:27
Talibanla görüşdə ?real tələblər’ qoyulub
DİA.AZ: - Qərb diplomatları Norveçdə Taliban qruplaşmasının nümayəndə heyəti ilə görüşdə Əfqanıstana humanitar yardımı insan haqlarının durumunun yaxşılaşdırılması ilə şərtləndiriblər. DİA.AZ xəbər verir ki, ynvarın 25-də Talibanın 15 nəfərlik nümayəndə heyəti Osloda Qərb diplomatları ilə qapalı görüşlər keçirib.

Norveçin Dövlət katibi Henrik Tune görüşdən öncə deyib ki, bu “müddətsiz prosesin... başlanğıcı deyil”.

Onun sözlərinə görə, Qərb diplomatları Taliban qarşısında “real tələblər qoyacaqlar”, “onların necə yerinə yetirildiyi izlənəcək”. NTB xəbər agentliyi tələblərə Əfqanıstan xalqına humanitar yardımın birbaşa çatdırılmasının da salınacağını, Norveç insan haqlarına hörmət tələb olunacağını yazırdı.

Məktəb məsələsi

Avropa İttifaqının (Aİ) Əfqanıstan üzrə xüsusi elçisi Tomas Niklasson Twitter-də yazıb ki, o, “martda başlanan dərs ilində ibtidai və orta məktəblərin oğlanlar və qızlar üçün açılmasının gərəkdiyini vurğulayıb”.

Niklasson bunu Əfqanıstan Xarici İşlər Nazirliyinin postuna cavab olaraq yazıb. Həmin postda deyilirdi ki, Niklasson Talibana Aİ-nin Əfqanıstana humanitar yardımı davam etdirəcəyini bildirib, davamlı görüşlər keçirməyə çağırıb.

Taliban hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qahar Balxinin sözlərinə görə, nazir, nümayəndə heyətinin başçısı Əmir Xan Muttaki “onlara yardıma görə təşəkkür edib, müsbət əlaqələr və əməkdaşlığın vacibliyini vurğulayıb”.

Ciddi, real danışıqlar

Taliban ötən avqustda hakimiyyəti ələ keçirəndən Əfqanıstanda humanitar vəziyyət pisləşib. BMT 22.8 milyon nəfərin kəskin ərzaq qıtlığından əziyyət çəkdiyini, 8.7 milyon nəfərin aclıq astanasında olduğunu bildirir.

Talibanı heç bir ölkə tanımayıb. İnsan haqları müdafiəçiləri onları ciddi pozuntularda, qadınları təhsildən, işdən, siyasi və ictimai həyatdan kənarlaşdırmaqda suçlayır.

Norveçin Baş naziri Conas Gahr Stor BMT-də deyib ki, danışıqların “ciddi” və “real” keçdiyi görünür.

“Martda qızların, həmçinin yaşı 12-dən yuxarı olanların məktəbə qayıtmasını istədiyimizi aydın şəkildə dedik. Biz humanitar çıxış görmək istəyirik”, – o vurğulayıb.

Norveç bu görüşün təşkilinə görə tənqid olunur, ancaq danışıqların Talibanın legitimləşdirilməsi, yaxud tanınması anlamına gəlmədiyini bildirir.

Geri qayıt