Əsas Səhifə > Dünya > Zelenskidən dünya liderlərinə ÇAĞIRIŞ
Zelenskidən dünya liderlərinə ÇAĞIRIŞ29-01-2022, 12:35 |
DİA.AZ: - Ukrayna prezidenti Volodimir Zelenski dünya liderlərini Rusiyanın Ukraynaya genişmiqyaslı işğala hazırlığı ətrafında çaxnaşma yaratmamağa çağırıb. DİA.AZ-ın məlumatına görə, bir neçə beynəlxalq nəşrlərə müsahibəsində deyib ki, o hesab edir ki, Rusiyanın işğal təhlükəsi ötən ilin yanvarında olduğundan yüksək deyil. Lakin yaradılan “çaxnaşma” səbəbindən Ukrayna “iqtisadiyyatını itirə bilər”. "Hətta hörmətli dövlət liderlərindən siqnallar gəlir, hətta diplomatik dildə belə deyil, onlar artıq açıq deyirlər: "Sabah müharibə olacaq." Bu, bazarlarda çaxnaşmadır, bu maliyyə sektorunda çaxnaşmadır,". "Əgər jurnalistlər, vəziyyətin necə olduğunu bilmək istəyirlərsə, qoy Kiyevə gəlsinlər... Küçələrdə gəzən tanklarımız varmı? Yox... KİV-ə görə, sanki bizdə müharibədir, bizdə küçələrdə ordu hərəkət edir, bizdə səfərbərlikdir, adamlar harasa gedir. Bu belə deyil" -prezident bildirib. ("Evropeyskaya Pravda" Ukrayna prezidentindən sitat gətirir) Cümə axşamı Amerikanın CNN kanalı anonim yüksək rütbəli ukraynalı məmura istinadən xəbər verib ki, Zelenskinin ABŞ prezidenti Co Baydenlə işğal təhlükəsi ilə bağlı fikir ayrılığı var. Telekanalın mənbəsinin sözlərinə görə, ABŞ prezidenti Zelenskiyə Rusiyanın işğalı təhlükəsinin “yaxında” ola biləcəyini deyib. Ukrayna prezidenti cavab verib ki, o, bunun baş verəcəyinə əmin deyil. Cümə günü Ukrayna parlamentində prezidentyönlü "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia bildirib ki, Qərb və ABŞ ölkədəki vəziyyət ətrafında "çaxnaşma səpir". ABŞ-ın bunu etməsinin real səbəblərini bilmirəm, amma bu, qətiyyən Ukrayna iqtisadiyyatının xeyrinə işləmir”, - deyən fraksiya rəhbəri Ukrayna xarici işlər nazirinin bu məsələni daim gündəmə gətirdiyini bildirib. Dünyanın aparıcı KİV-ləri yazır ki, ötən ilin sonundan Qərb ölkələrinin kəşfiyyat qurumları Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı hücuma hazırlığı barədə xəbərdarlıq edir. Moskva bunu inkar edir. Ukrayna prezidenti Zelenskinin bir müddət əvvəl yayılan video müraciətində də prezident müharibə olmayacağını deyir. Geri qayıt |