Əsas Səhifə > Dünya > "Biz burada - cənub sərhəddində zarafatmı edirik?"
"Biz burada - cənub sərhəddində zarafatmı edirik?"7-02-2022, 07:42 |
DİA.AZ: - Belarusun avtoritar lideri Aleksandr Lukaşenka (ABŞ və Avropa İttifaqı onu legitim prezident hesab etmir, onu seçki saxtakarlığında ittiham edir) bildirib ki, əgər onlar (Ukrayna nəzərdə tutulur) bizə və ya Rusiyaya qarşı vuruşsa biz özümüzü müdafiə edərək vuruşacağıq...” DİA.AZ-ın məlumatına görə, Rusiyalı teleaparıcı Vladimir Solovyovun "əgər onlar (Ukrayna) Donbasa qarşı müharibəyə başlasa, onda Belarus ordusu özünü necə aparacaq?" sualına Lukaşenka deyib ki, "Rusiya özünü necə aparacaqsa tam elə". Jurnalistin-"yəni bu birgə cavab olacaq?" sualına Lukaşenka “əlbəttə” cavabını verib. “Biz burada cənub sərhəddində zarafatmı edirik, mənim bunu sizə izah etməyimə ehtiyac yoxdur" - deyə Lukaşenka bildirib. Rusiya hərbçilərinin Ukrayna ilə sərhəddən çox da uzaq olmayan Belarusda yerləşdirilməsinə gəlincə rəsmi olaraq Minsk və Moskva Rusiya ordu birləşmələrinin Belarusa göndərilməsini fevralın 10-dan 20-dək keçiriləcək birgə təlimlərdə iştirakla izah edir. ABŞ və müttəfiqləri hesab edirlər ki, Rusiya Ukrayna ilə sərhədlərə qoşun toplamaqla bu ölkəyə silahlı basqın hazırlaya bilər. Bu ölkələr Kiyevə ən yaxın yerdən - Belarusdan da hücumun mümkünlüyü ilə bağlı narahatlıqlarını ifadə edirlər. Rusiya işğala hazırlaşdığını qəti şəkildə inkar edir. Eyni zamanda, Rusiya rəsmiləri, o cümlədən prezident Vladimir Putin dəfələrlə Rusiyanın Donbasda Ukraynanın mümkün hücumuna güclə cavab verəcəyinə işarə ediblər. Ukrayna belə bir hücum planlarını rədd edir. Kiyevdə və Qərbdə Rusiyanın Ukrayna qoşunlarının işğala haqq qazandırmaq üçün aqressiv hərəkətlər edə biləcəyi ilə bağlı qorxular var. Kiyev Lukaşenka rejimini 2020-ci ildə Minskdə kütləvi etirazları yatırtmaqda ittiham edəndən sonra iki ölkə arasında münasibətlər xeyli pisləşib. Geri qayıt |