Əsas Səhifə > Dünya > Ermənistan qatıq mübahisəsinə görə işçı qrup yaradır

Ermənistan qatıq mübahisəsinə görə işçı qrup yaradır


15-02-2022, 08:07
Ermənistan qatıq mübahisəsinə görə işçı qrup yaradır
DİA.AZ: - Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi ilə erməni qatığı – matsunun ixracı ilə bağlı məsələlərin həlli üçün işçi qrupu yaradılıb.

DİA.AZ xəbər verir ki, Ermənistan istehsalı olan qatığın ixracı ilə bağlı problem isə bu yaxınlarda Gürcüstanda yaranıb.

Ermənistan İqtisadiyyat Nazirliyinin nəzdində intellektual mülkiyyət idarəsinin rəhbəri Kristina Qambaryan AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna deyib ki, Ermənistanda qanunvericilik dəyişiklikləri edildikdən sonra matsun “çoğrafi nişan” kimi qeydiyyatdan keçiriləcək.

Qambaryanın sözlərinə görə, bundan sonra iki ölkə arasında erməni matsununun və gürcü matsonisinin qarşılıqlı tanınması üçün danışıqlara başlanacaq.

O bildirib ki, bu məqsədlə “coğrafi nişanlar haqqında” qanuna müvafiq dəyişikliklər edilib:

“Bundan sonra ümid edirik ki, Gürcüstan tərəfi ilə danışıqların nəticəsi olaraq qarşılıqlı şəkildə matsoni Ermənistan ərazisində, matsun isə Gürcüstan ərazisində tanınacaq”.

Oxşar sözlər

Onun sözlərinə görə Gürcüstan tərəfi Yerevana “Ermənistan və Gürcüstan Respublikaları arasında coğrafi nişanların qarşılıqlı tanınması və mühafizəsi barədə saziş” adlı layihə təqdim edib.

Azatyutyun yazır ki, Ermənistanda süd məhsullarının istehsalçıları son zamanlar üzərində “matsun” yazılmış məhsullarının Gürcüstan ərazisi ilə ixracı sahəsində çətinliklə üzləşiblər.

Daha doğrusu Gürcüstan gömrüyü bu malların ölkə ərazisindən keçməsinə icazə vermir.

Gürcüstan tərəfi “matsun” və “matsoni” sözlərinin oxşarlığını və bu səbəbdən dolaşıqlıq yarandığını bildirir.

Matsoni adı coğrafi nişan kimi Gürcüstanda 2012-ci ildə qeydiyyatdan keçirilib.

Problem 2021-ci ildən başlayıb?

Qambaryan daha sonra deyib:

“2021-ci ilədək istehsalçıların heç bir problemi yox idi. Nə üçün problemlər məhz indi ortaya çıxıb? Hər halda Gürcüstan tərəfi bildirir ki, onlar intellektual mülkiyyətin qorunması məsələsinə ciddi yanaşmağa başlayıblar və bu ölkə siyasətinin bir hissəsidir”.

Lakin Ermənistan İqtisadiyyat Nazirliyi etiraf edir ki, belə problem əvvəllər də olub.

Hələ 2011-ci ildə nazirliyin intellektual mülkiyyət idarəsi qatığın “matsoni” gürcü adının qeydiyyatdan keçirilməsinə etirazını bildirmişdi.

Kristina Qambaryan deyib ki, bundan sonra bu məsələ Avropa İttifaqı səviyyəsində qaldırılsa da, bir nəticə hasil olmayıb.

Azatutyun yazır ki, Ermənistan son yarım ildə yaranmış bu problemlə bağlı ölkəyə nə qədər maddi ziyan dəydiyini hələ hesablamayıb.

Qanunvericiliyə görə matsunun coğrafi nişan kimi qeydiyyata alınması üçün qatıq istehsalçılarının özləri müraciət etməlidirlər.

Qambaryan bildirib ki, coğrafi işarənin qəbuluna təxminən 3-4 ay vaxt gedəcək.

Qarabağ və dolma söhbəti


Hələ 2021-ci ilin sentyabrından başlanan problem Gürcüstanın İmedi telekanalında “matsoni-matsun” mübahisəsinə həsr olunmuş süjetdən sonra daha da kəskinləşib.

Telesüjetdə göstərilən şəkillərdən birində qatıq butılkalarının üstündə ermənicə “Qarabağ – Azərbaycandır və dolma da Azərbaycanındır” yazılmışdı.

Sosial şəbəkə istifadəçiləri bu barədə şikayət etdikdən sonra telekanal üzr istəmiş, sözü gedən foto isə Google axtarış sistemindən çıxarılmışdı.

“Coğrafi nişan” dedikdə hər hansı mal və ya məhsulun istehsal olunduğu regionun göstərilməsi nəzərdə tutulur.

Məsələn Gürcüstanda indiyədək Sulquni pendiri, Ermənistanda isə Sevan alabalığı rəsmi qeydiyyatdan keçib.

Geri qayıt