Əsas Səhifə > Dünya > İranla nüvə danışıqlarında �?dönüş nöqtəsi’

İranla nüvə danışıqlarında �?dönüş nöqtəsi’


17-02-2022, 10:50
İranla nüvə danışıqlarında ?dönüş nöqtəsi’
DİA.AZ: - Fransa deyir ki, İranla 2015-ci il nüvə sazişini xilas etməklə bağlı qərar bir neçə günə verilə bilər və siyasi seçim etmək Tehranın üzərinə düşür.

“Dönüş nöqtəsinə çatmışıq. Artıq söhbət həftələrdən deyil, günlərdən gedir”, – Fransanın Xarici işlər naziri Jan-İv Lö Dryan fevralın 16-da parlamentdə deyib.

“Siyasi qərarlar iranlılardan gəlməlidir. Onlar ya bir neçə günə ciddi böhran yarada, ya da bütün tərəflərin maraqlarına hörmət edən razılaşmanı qəbul edə bilərlər”, – nazir vurğulayıb.

Ciddi qərarlar

İranın danışıqlarda əsas təmsilçisi Əli Bağıri Kani isə Twitter-də cavabında Qərb ölkələrini “realist olmağa, dözülməzlik göstərməməyə, son 4 ilin dərslərindən nəticə çıxarmağa” çağırıb. “Onların ciddi qərarlar verməsinin vaxtı çatıb”, – o yazıb.

“Bir neçə həftəlik gərgin danışıqlardan sonra biz razılaşmaya hər zamankından daha yaxınıq; amma hər şey razılaşdırılmayınca heç nə razılaşdırılmayıb”, – Kani vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, Dövlət Departamentinin sözçüsü Ned Prays qeyd edib ki, Birləşmiş Ştatlar İranla qeyri-birbaşa aparılan danışıqların “tam yekun mərhələsinin düz ortasındadır”.

“Bu gerçəkdən həlledici dönəmdir, nüvə sazişinə qarşılıqlı qayıtmağın vaxtı çatıb-çatmadığını müəyyənləşdirə biləcəyik”, – o deyib.

Qərb diplomatları həftənin əvvəlində deyirdilər ki, danışıqlar yekun mərhələdədir və onlar razılaşmanın yaxın olduğuna inanırlar.

İran “hazırdır”


İranın Xarici işlər naziri Hüseyn Əmir-Abdullahyan fevralın 14-də qeyd edib ki, sazişin bərpası üzrə razılaşma “uzaq deyil”. Onun Tehranda mətbuat konfransında dediyinə görə, İran “yaxşı razılaşmanın əldə olunmasına ciddi yanaşır və buna hazırdır”.

Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə ölkəsinin sazişdən çıxdığını elan etdi, sanksiyaları bərpa elədi.

İran nüvə sazişinin bərpası üçün ilkin şərt kimi sanksiyaların qaldırılmasında təkid edir.

Vyanada nüvə danışıqları İranla Britaniya, Çin, Fransa, Almaniya və Rusiya arasında keçirilir. Birləşmiş Ştatlar danışıqlarda dolayısı ilə iştirak edir.

Geri qayıt