Əsas Səhifə > Dünya > NATO Ukraynadakı savaşa müdaxilə edə bilər...

NATO Ukraynadakı savaşa müdaxilə edə bilər...


26-02-2022, 08:06
NATO Ukraynadakı savaşa müdaxilə edə bilər...
DİA.AZ: - NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, ABŞ prezidenti Co Bayden və onun alyans üzrə müttəfiqləri təşkilatın Çevik Cavab Qüvvəsini Rusiyanın Ukraynaya hücumu ilə bağlı ilk dəfə olaraq hərəkətə gətirmək barədə razılaşma əldə ediblər.

DİA.AZ-ın məlumatına görə, Stoltenberq bildirib ki, bundan məqsəd alyansın şərq cinahındakı müttəfiqlərin mümkün hücumdan müdafiə edilməsidir.

NATO dövlət başçılarının fevralın 25-də videobağlantı ilə keçirdikləri sammitdən sonra danışan Stoltenberq bu qüvvənin sayı barədə dəqiq rəqəm səsləndirməsə də, deyib ki, Çevik Cavab Qüvvəsinə quru, hava və dəniz elementləri daxildir.

Bu qüvvə ümumilikdə 40 min əsgərdən ibarətdir, lakin alyansın rəhbəri bildirib ki, bu potensialın heç də hamısından söhbət getmir.

NATO-nun Çevik Cavab Qüvvəsinin bəzi bölümləri Birgə Yüksək Hazırlıq Qüvvəsi adı ilə tanınır.

Dünyanın ən böyük hərbi alyansı olan NATO bundan əvvəl Baltik ölkələri – Estoniya, Latviya və Litva, habelə Polşada 5 min əsgər yerləşdirib. Son üç ayda bu bölgənin müdafiəsi qat-qat gücləndirib.

Fevralın 25-də keçirilən sammitin yekun bəyanatında Rusiyadan “bu mənasız müharibəyə son qoyması, hücumu dərhal dayandırması, bütün qüvvələrini Ukrayna ərazisindən çıxarması, təcavüz yolundan dönüb dialoq yoluna qayıtması” tələb olunub.

Stoltenberq deyib ki, “Kremlin son məqsədi Ukrayna ilə məhdudlaşdmır”.

O deyib ki, Rusiya açıq şəkildə Avropada təhlükəsizliyə meydan oxuyur.

Alyansın rəhbəri əmin edib ki, dünya Rusiya və Belarusdan haqq-hesab tələb edəcək.

O əlavə edib ki, “Rusiya təcavüzkar, Belarus onun köməkçisidir”.

Geri qayıt