Əsas Səhifə > Dünya > Qırğızıstanda telekanal rəhbəri Ukrayna reportajına görə saxlanıb

Qırğızıstanda telekanal rəhbəri Ukrayna reportajına görə saxlanıb


5-03-2022, 07:57
Qırğızıstanda telekanal rəhbəri Ukrayna reportajına görə saxlanıb
DİA.AZ: - Qırğızıstan hökuməti ölkənin NEXT telekanalının rəhbərini hakimiyyətin dediyinə görə ziddiyyətli reportaja görə saxlayıb.

DİA.AZ xəbər verir ki, həmin reportajda Ukraynaya müdaxilə edən Rusiya silahlı qüvvələrinə dəstək üçün Qırğızıstan hərbçilərinin göndərilməsinə dair Moskva və Bişkek arasında razılaşma olduğu iddia edilirdi.

Taalay Duişembiyevin vəkili Akmat Alaquşev AzadlıqRadiosuna telekanal rəhbərinin gecə saatlarında saxlandığını və onun 48 saat ərzində həbsdə qalacağını bildirib.

Martın 3-də Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi bildirmişdi ki, telekanala qarşı millətlərarası ədavəti qızışdırmaq iittihamı ilə cinayət işi açılıb.

Telekanalın efirə verdiyi reportajda qonşu Qazaxıstanın hazırda mühacirətdə olan keçmiş milli təhlükəsizlik naziri Alnur Musayeva istinadən deyilirdi ki, Qırğızıstan və Tacikistan Rusiyanın Ukraynaya müdaxiləsini dəstəkləməyə razılıq veriblər.

Telekanalın sahibi Ravşan Jeyenbekov ittihamları rədd edib və bildirib ki, reportajda Musayevə birbaşa istinad edilib və onunla yanaşı bu barədə fərqli mövqelərə də yer verilib.

Qırğızıstan hökuməti reportajda gedən iddiaları rədd edib və medianı Ukraynadakı müharibə barədə xəbərlərində yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb.


Geri qayıt